Sinir sistemi bədənin həddindən artıq qızdığını müəyyən edəndə nəfəs alma və qan axışı sürətlərini dəyişir. Bunun nəticəsində bir soyutma mexanizması olan tərləmə başlayır.
Tərləmə bədənin hər yerində ola bilər. Adətən qoltuq altında, əllərdə, ayaqlarda və üzdə olur. Vücudun istənilən yerində tərləmə insan üçün problem yarada bilər. Üzdə tərləmə isə xüsusilə sosial mühitdə narahatlıq yarada bilir.
Üzün çox tərləməsi ilkin olaraq genlərlə bağlıdır. Bir insanın dərisinin epidermis qatında 2 və 4 milyon tər vəzi vardır. Üzün çox tərləməsi irsi ola bilər.
Beyin tər vəzilərinin aktivləşməsi üçün impulslar ötürür. Bəzi sinir xəstəlikləri nəticəsində də üzdə tərləmə arta bilir.
Həmçinin depresiya, stress, təşviş halı kimi hallarda tər vəziləri aktivləşə bilir.
Artıq çəkili insanlar, zəif çəkili insanlara görə daha çox tərləyirlər. Bədəndə nə qədər artıq yağ varsa, tərləmə prosesi o qədər müntəzəm hal alacaqdır. İrsiyyət bu vəziyyəti dəyişə bilər.
Tərləmənin bir səbəbi də, ağırlıq qaldırma və qaçmaq kimi fəaliyyətin bədənin temperaturunu qaldırmasıdır. Əgər bu səbəblərdən heç biri sizdə yoxdursa, sizdə müntəzəm şəkildə tərləmə halı olursa, həkimə müraciət edin.