Qulacıqlarını taxırlar, kapşonlarını başlarına keçirirlər və haldan-hala düşürlər. Biri çılğınlıqla hoppanır, biri təşviş içində titrəyir. Yeni dəb i-dosing adlanır. İnternetdə sürətlə yayılmağa başlayır. Narkotiki xatırladan bu dəb, Amerikada yaransa da, getdikcə dünyaya yayılmağa başlayır.
Narkotik şöbəsi və məktəb rəhbərliyi xəbərdarlıq edir
Bir çox məktəblərdə şagirdləri özlərindən keçmiş halda görən rəhbərlik ailələrə xəbərdarlıq etmişdir. Narkotik şöbəsi bildirir ki, i-dosing gənclərdə narkotik maddələrə istək yarada bilər.
Görəsən, doğrudan da bir səslə fiziki olaraq özündən getmək olarmı?
Klinik psixoloq və hipnoz ustası Mehmet Başkak, i-dosing haqqında bu məlumatları verdi:
" İ-dosing çılğınlığının narkotik olduğu ilə bağlı hər hansı bir elmi araşdırma yoxdur. Bununla bərabər, səs frekanslarının beyin dalğaları üzərində təsirə malik olduğu elmə məlumdur. Musiqi və müxtəlif frekanslarla psixoloji terapiya mövcuddur. Bunu nəzərə alaraq deyə bilərik ki, səs frekansları ilə pis təsir yaratmaq da mümkündür. Qorxulu filmə baxarkən, səsini alıb izləsəniz elə də qorxulu olmadığını görə bilərsiniz. Bu üsul satış məqsədi ilə bir çoxları tərəfindən pis məqsədlər üçün istifadə oluna bilər."
1839-cu ildə Alman fizika alimi kəşf etdi
İ-dosing saytlarındakı mövcud səslərə binoral (iki qulaqlı) səslər deyilir. Bu səslər qulaqcıqla dinlədiyinizdə, bir qulağınıza bir səs gedərkən, digər qulağınıza başqa bir səs gedir. Fəqət, bu iki səs bərabər eşidiləndə, insan beyni orjinal səslərdən fərqli bir səs duya bilər. Əslində, i-dosing zehində fərqlilik yaratmaqla meydana gələn bir metoddur.
Psixoloq Başkakın verdiyi məlumata görə, 1839-cu ildə Alman fizika alimi Heinrich Wilhelm Dove bir-birindən çox az fərqi olan frekans səsləri adamın iki qulağına eyni anda verildiyində, dinləyən adamda sürətli bir ritm duyduğu hissinə düşdüyünü gördü. Dove, bunu "binoral ritmlər" olaraq adlandırmışdır və bu mövzu hələ də elm adamları tərəfindən öyrənilir. Binoral ritm terapiyası klinik mühitdə təşviş halını müalicə etmək məqsədilə işlədilir.
Tərcümə edən: Aida Ustaclı