Qadin.NET / Günə müsbət əhvalla başlamaq üçün üsullar

Günə müsbət əhvalla başlamaq üçün üsullar

Təşəkkür yürüşünə çıxın

Günə müsbət əhvalla başlamaq üçün üsullar

10 dəqiqə həyatınızı dəyişə bilər. Necə? Hər gün sadəcə 10 dəqiqə eyvana və ya həyətə çıxıb, hər şey üçün təşəkkür edin. Görəcəksiniz ki, düşündüyünüzdən çox şeyə sahibsiniz. Nəfəs almaq, yürüşə çıxmaq, şükür etmək kimi. Yataqdan çıxmağa tənbəllik edirsinizsə, uzandığınız yerdən şükür edin.

 Bir stəkan limonlu su için

Günə müsbət əhvalla başlamaq üçün üsullar

Limonlu su içmək günə enerjili başlamanıza kömək edəcək. Limonlu su bədəndəki toksinləri azaldar və arıqlamağa kömək edər. Bir stəkan suyun içinə 2-3 damla limon suyu əlavə edib için.

Özünüzü motivasiya edin

Günə müsbət əhvalla başlamaq üçün üsullar

Gündüzlər özünüzü motivasiya etmək üçün güzgünün qarşısına keçin. Bu günə qədər əldə etdiyiniz uğurlardan və necə yaxşı insan olduğunuzdan danışın. Bu sizi həm sakitləşdirəcək, həm də xoşbəxtlik harmonunu artıracaq. Qulağa qəribə gəlsə də, bunu yoxlayın. 

Hər səhər səhər yeməyi yeyin

Günə müsbət əhvalla başlamaq üçün üsullar

Günə enerjili başlamaq üçün ən əsas üsul səhər yeməyi yeməkdir. Qaynadılmış yumurta toxluq hissi yaradır. Vücudunuzun düzgün işləməsi, beyninizə qan getməsi üçün mütləq səhər yeməyi yeyin. Ac beyinlə heç cür xoşbəxt ola bilmərsiniz. 

Körpələrə baxıb gülümsəyin

Günə müsbət əhvalla başlamaq üçün üsullar

Körpələrin və uşaqlarını şən olduğunu hamı bilir. Günə şən başlamaq üçün bir körpəni öpə yaxud küçədəki bir uşağa gülümsəyə bilərsiniz. Ətrafınızda heç uşaq yoxdur? Kədərlənməyin! Ən gözəl körpə şəkillərinə baxaraq günə şən başlaya bilərsiniz. 

Ehtiyacınız olan qədər yuxunuzu alın

Günə müsbət əhvalla başlamaq üçün üsullar

Hər kəsin bir bioloji saatı var. Gecələri vücudunuzun ehtiyacı olan yuxunu ala bilməsəniz, gün boyu özünüzü yorğun hiss edəcəksiniz. Yetkin insanlar üçün 8 saat yuxu kifayət edir. Bəzən 8 saat bioloji saatınıza az və ya çox gələ bilər. Bunu özünüz yoxlayaraq tapa bilərsiniz.

 

 

16 yanvar 2017
GO BACK