Qadin.NET / İstəkləriniz niyə reallaşmır?

İstəkləriniz niyə reallaşmır?

İstəkləriniz niyə reallaşmır?

Ruh hafizəsi nədir? Onun, arzularımızın reallaşmasında rolu nədir?

Arzuladıqlarınız ruhunuzla uyğunlaşmırsa, heç vaxt arzularınıza çata bilməyəcəksiniz.

Həyatda hər şeyi seçməkdə azadsınız, ancaq tək bir şərtlə; bunun üçün istədiyiniz şeyə aid olmalısınız. Seçdiyinizlə uyğunlaşma məqsədinizi reallaşdıra bilər.

Ruhunuz həyatınıza çəkmək istədiklərinizin musiqisini çalmalıdır. Onları təsdiqləməlidir. Əks halda, bu uyğunsuzluq, istəklərinizin sadəcə xəyal olaraq qalmasına səbəb ola bilər.

Demək ki, sadəcə seçmək və istəmək kifayət deyil. Seçdiklərimizə və istədiklərimizə nə qədər aid olmağımız, bizə istədiyimiz şeylərin reallaşıb reallaşmayacağını bildirəcək.

Ruh təsdiqləmirsə, demək ortada bir uyğunsuzluq var. Sadəcə seçməklə kifayətlənməyin. Minlərlə insan bir çox fərdi inkişaf kitablarını oxuyub, bir çox professorun dediklərini əzbərləsələr də istədiklərini reallaşdıra bilmirlər.

Sadəcə arzulayaraq və gecə-gündüz reallaşması üçün yalvararaq, pozitiv düşünməyə çalışaraq və sanki o arzu reallaşmış kimi davranaraq ( yəni elə düşünərək ), arzularınız reallaşmaz. Onsuz alınmadığı kifayət qədər ortadadır. Yüzlərlə insan bu qədər fərdi inkişaf kitabı oxuduğu halda xoşbəxt deyilsə və istədiklərini əldə edə bilmirlərsə, demək, ortada göz ardı edilən nöqtə var.

İstəkləriniz niyə reallaşmır?

Xahiş edirəm, heç vaxt bu detalı görməzlikdən gəlməyin. Özünüzü arzunuza nə qədər aid hiss edirsiniz? Ruh və şüurda buna nə qədər hazırsınız? Arzuladığınızın xəyalını quranda özünüzü o şəklə nə qədər çox aid hiss etmədiyinizin fərqinə varanda bilin ki, buna hələ hazır deyilsiniz.

Məsələn, bir villada yaşamaq istəyirsiniz. Buna görə niyyət edib, xəyal qurursunuz. Bu villanın pilləkənlərindən düşərkən xəyal etdiyiniz zaman, bu villanın aylıq xərcləri nə qədərdir, buranı isitmək çətin olar kimi mövzular ağlınızdan keçirsə, bilin ki, siz bu xəyala aid deyilsiniz. Özünüzü bu xəyalın içində güvəndə və hüzurlu hiss etmirsiniz. Ruhunuz bu xəyalı hələ təsdiqləməyib. Bir neçə gün sonra, özünüzü daha kiçik bir evdə olduğunuz xəyalını qurmağa başlaya bilərsiniz. Bu dəfə özünüzü daha rahat və hüzurlu hiss edə bilərsiniz. Ruhsal hafizəniz təsdiqlədiyi an, bilin ki, düzgün yerdəsiniz demək.

Özünüzü o xəyalın içində tam və bütün hiss edirsinizsə, hər şey yolundadır demək. 

İşarətləri doğru oxuyun. Onlarla inadlaşmayın. İşarətlə onsuz sizə daha öncədən olacaqları xəbər verirlər, siz yetər ki, onları anlamağa və qəbul etməyə hazır olun.

 

Müəllif: Nuray Sayarı

Tərcümə edən: Aida Ustaclı

11 yanvar 2017
GO BACK