Qadin.NET / Saç tökülməsi

Saç tökülməsi

 

Saç tökülməsi insanın ən qədim və ən əhəmiyyətli gözəllik problemlərindən biridir və dəri xəstəlikləri ekspertlərinə müraciət səbəbləri arasında əhəmiyyətli yer tutur. Tibbi olaraq saç tökülməsi saç köklərini tam dağıdaraq iz buraxan (yəni saçın yenidən çıxma şansı olmayan tökülmələr) və iz buraxmayan tökülmələr olmaqla ikiyə ayrıla bilər. Xalq arasında ən çox tanınan iz buraxmayan tökülmələrdir. İz buraxanlar yanıqlar, keçəllik xəstəliyi və daha az tanınan, çox sıx görülməyən bir qrup dəri xəstəliyidir və çox zaman saçlı dəri içərisində regional tökülmə sahələri şəklində görülür. İz buraxmayan tökülmələrdə isə tökülmə səbəbi ortadan qaldırılsa, saçların təkrar çıxma şansı yüksəkdir. Bunların arasında ən yaxşı tanınanı kişilər üçün qəbul edilən təbii tökülmədir (fizioloji və ya androjenik tökülmə). Bu tökülmə tipində irsiliyin əhəmiyyətli payı olmaqla yanaşı, təsir edən digər faktorlar çox bilinməməkdədir. Ən çox üzərində durulan və müzakirə edilən mövzu kişilik hormonlarının (androjen) təsirləridir. Bir şəkildə bilinməyən bir mexanizmlə təsirləri ola biləcək kimi görünsə də, əslində bu hormonun çoxluğuna bağlı deyil. Kişilik hormonlarının keçəl kişilərdə çox olduğu hipotezi uzun müddət gündəmdə qalmış və ən güclü müdafiəçiləri də keçəl başlı kişilər olmuşlar. Bu şəxslərdə kişilik hormonlarında çoxluq müəyyən olunmamış, qadınlıq hormonları (östrojen) verilən zaman və ya kişilik hormonlarının təsirini azaldılıb, maneə törədən dərmanlar verildiyi zaman həqiqətən saçlarda yenidən çıxmalar olmaqdadır. Lakin bununla birlikdə sinə və omba böyüməsi kimi bəzi qadına xas xüsusiyyətlərin meydana gəlməsi də müəssisənin hədiyyəsi olaraq gələn qaçılmaz bir nəticədir. İndiki vaxtda dərman araşdırıcılarının ən əhəmiyyətli araşdırma mövzularından biri təmiz saç dərmanıdır. Saçların yağlı və kəpəkli olmasının da saç tökülməsi üzərində təsirli olduğu düşüncəsi çox uzun zamandan bəri var. Son zamanlarda günəş süalarının da saçtökücü təsirindən danışılır. Psixoloji faktorların təsiri isə çox məlum deyil. Kişi tipi tökülmədə seyrəlmə alının iki yanı və təpənin arxa qisimindən başlayır və yavaş-yavaş irəliləyərək aradakı saçlar tökülməzlər. Bu tip tökülmələrdə qəti bir həll tapma imkanı yoxdur. Tökülmə ağız yoluyla alınan bəzi dərmanlar və xaricdən tətbiq olunan bəzi dərman və ya kosmetik vasitələrlə yavaşladıla bilər. Qadınların saç tökülmələrində isə çox fərqli vəziyyət vardır. Qadınlarda cinsiyyət xüsusiyyətləri səbəbiylə kişilərdəki kimi təbii qəbul edilən və qaçılmaz tökülmələr yoxdur. Kişilərdəkinə bənzər tökülmə söz mövzusu isə, şübhəsiz, altında bir səbəb axtarmaq lazımdır. Qadınlarda sıx qarşılaşdığımız problemlərdən biri ”yalançı tökülmələrdir”. Bu xəstələr ovuc-ovuc saç tökülməsindən şikayətlənirlər. Bunlar arasında gerçək saç tökülməsi olanlar çox deyil. Çünki təyin olunan tökülmələr saç yuma və darama əsnasında olan tökülmələrdir, yəni tökülmə mərhələsində olan saçların təbii tökülməsidir, yerlərinə yeniləri gələcəkdir. Bir tutam saç alınaraq bunların araşdırılmasıyla (trikogram) gerçək saç tökülməsi olub-olmadığına qərar verilə bilər. Bəzən saçların birdən son faza keçmələri görülə bilər ki, bunlar xüsusi xəstəlik vəziyyətləri və ya dərmanların yan təsirlərinə bağlı olaraq seyrək görülən hadisələrdir. Gerçək tökülmənin bir başqa əlaməti də saçlarda seyrəlmə görülməsidir. Seyrəlmənin ümumi və ya müəyyən bir bölgədə olması da göstəricidir. Xüsusilə təpədə kişi tipi tökülməyə bənzər seyrəlmə varsa, bu, hormonal bir pozuqluğun işarəsi ola bilər və bu istiqamətdə araşdırma aparılmalıdır.  Menstruasiya pozğunluqları, tüklənmə artımı görülürsə, bu, hormonal pozğunluq ehtimalını artıran vəziyyətdir. Bir başqa əhəmiyyətli səbəb qansızlığın bəzi şəkilləri, xüsusilə dəmir əksikliyi ilə bağlı olan anemyadır. Doğuşdan 3-4 ay sonra başlayan və tam səbəbi anlaşılamamış bir xüsusi tökülmə şəkli daha vardır və 6 ay sonra düzəlir.

Uzun sürən çox möhkəm zəifləmə rejimləri də saç tökülmələrinə səbəb ola bilər. Bu səbəb kişilər üçün də etibarlıdır, lakin həm kişilərdə təbii tökülmə səbəbi gözdən qaçması, həm də qadınların çox dieta sevməsiı səbəbilə qadınlardakı saç tökülmə səbəbləri arasında iştirak edir. Qadınlarda saç tökülməsinə səbəb olan üçüncü əhəmiyyətli faktor isə psixoloji səbəblərdir. Xüsusilə dərdli olmanın üstünlük sayıldığı ölkəmizdə dərd və çətinlik bolluğu bu səbəbi bir az daha ön plana çıxarmaqda və hadisəni daha romantik bir hala gətirməkdədir. Üstəlik, bu tökülən saçlar yoldaşların və uşaqların yoluna süpürgə edilmiş saçlar olduğu üçün vəziyyət daha da dəhşətlidir. Psixoloji səbəb əslində kişilər üçün də etibarlı səbəbdir, lakin kişilik qüruru belə şeylərə icazə verməz. Kişilər güclüdür, möhkəmdir, ağlamaz,  bağırlarına daş basaraq çətinliklərə sinə gərər. Həm qadınlarda, həm də kişilərdə etibarlı olan bəzi saç tökülmə səbəbləri də vardır, lakin bunlar daha seyrək görülür və səbəb ortadan qalxınca vəziyyət düzəlir. Bu tip tökülmələrdə, ümumiyyətlə, saçlı dərinin hər tərəfində bərabər nisbətdə seyrəlmələr görülər. Başda xərçəng dərmanları olmaqla bəzi dərmanlar və kimyəvi maddələr, tif kimi yüksək qızdırmalı, ağır və uzun sürən xəstəliklər, tiroid vəzinin guatr kimi xəstəlikləri belə tökülmələrə səbəb ola bilər. İz buraxmayan, parçalı tökülmələrin ən əhəmiyyətlisi ”pelade-alopecia areata” adı verilən və qəti səbəbi müəyyən olmayan xəstəlikdir. Xalq arasında göbələklərə bağlı olan ”keçəllik” xəstəliyi ilə qarışdırılaraq ‘’saçqıran” və ya ‘’saçkəsən” kimi adlarla xatırlanmaqdadır. Axşam saçlı yatıb, səhər saçsız qalxma kimi təyin oluna biləcək bir şəkildə ani tökülmə olar. Başlanğıc ümumiyyətlə 1 - 2 sm. diametrində tüksüz, parlaq bir sahə şəklindədir, bəzən yavaş bir yayılma da görülə bilər. Ümumiyyətlə, müalicə edilməsə belə, 3 - 6 ayda özbaşına yaxşılaşar (sirkə və ya sarımsaq sürtülməsə də yaxşılaşa bilər). Nadir olaraq sürətlə irəliləyən və bütün saçı, hətta qaş, kirpik və bədən tüklərini də tökən daha şiddətli növləri də görülə bilər. Ən çox üzərində durulan səbəblər psixoloji gərginlik və çətinliklərdir. Bununla qarışdırıla biləcək bir xəstəlik də saçlı dərinin səthi göbələk xəstəlikləridir. Bunlarda da parçalı tökülmələr vardır, lakin üzərindəki kəpəklər və qırıq saçlar sayəsində fərqlənir. Psixoloji səbəblərə bağlı saç qoparmalar, saçları davamlı dartaraq toplamalar da əvvəl keçici, zamanla qalıcı tökülmələrə səbəb ola bilər.

21 iyul 2011
GO BACK