Həddən artıq qısqanclıq, itirmə qorxusu yaşayan və bu səbəblə də məntiqsiz hərəkətlər sərgiləyən insanların yaşadığı problemdir. Patoloji qısqanclıq yaşayan insanlar, həyat yoldaşlarının onları aldatdıqları düşüncəsinə inanırlar. Onlar həm özlərini, həm də münasibətdə olduqları insanları daima narahatlıq içində saxlayırlar. Aldadılma qorxusu ilə yaşayan bu insanlar, qorxduqları vəziyyətin başlarına gəlməməsi üçün özlərinə görə yöntəmlər fikirləşir və tətbiq edirlər. Onlar həyat yoldaşlarını təqib edər, evdən bayıra çıxmasına, hətta, pəncərədən baxmasına qadağalar qoyar, geyimlərinə və dostlarına qarışarlar. Müasir dövrdə isə, bu insanlar həyat yoldaşlarının telefon və kompyuterlərini yoxlayır, hətta, evə gizli kamera qoyaraq evdə olmayanda həyat yodaşlarının etdiklərini kontrol edirlər. Bu sindromdan əziyyət çəkən kimsələr həyat yoldaşlarının davranışlarındakı ən adi bir dəyişikliyi aldatılmaları ilə bağlayırlar.
Pataloji qısqanclıq bir çox ailənin dağılmasına səbəb olur. Bu səbəbdən cütlüklər arasında yaranan problemlər, əksər hallarda şiddətə qədər gətirib çıxara bilir ki, bununda nəticəsi boşanmalarla bitir. Boşandıqdan sonra da qısqanclıqdan əziyyət çəkən tərəf, ayrıldığı yoldaşını təqib edir, şantaja və təhqirlərə məruz qoyur.
1922-ci ildə məşhur psixoanalist Sigmund Freud, hətta, normal qısqanclığın belə məntiqsiz bir hadisə sayılması lazım olduğunu, belə bir duyğunun, şüur nəzarəti altında olmamasıyla bərabər, xarici dünyanın ümumi paylaşılan həqiqəti içində yaşanan vəziyyətlərlə nisbətsiz olduğu fikrini irəli sürmüşdür.
Məşhur riyaziyyatçı və filozof Dekrata görə isə, qısqanclıq sahib olduqlarını qoruma istəyindən qaynaqlanan qorxu növüdür.
Tədqiqatçıların bəziləri patoloji qısqanclığın başlanğıcında, kişilərdə ereksiya ilə əlaqədar çətinliklər, qadınlarda isə bir cinsi fuksiya pozğunluğunun olduğuna inanırlar. əksər hallarda bu vəziyyətdən kişilər əziyyət çəksə də qadınlarda bu halın daha tez görüldüyünü bildirən bəzi araşdırmalar mövcuddur.
-Patoloji qısqanclığın göstəriciləri:
-Həddindən artıq aldatılma qorxusu
-Hər kəsdən və hər şeydən qısqanaraq, qısıtlamaq istəyi
-Sevgilisidən ayrılmanın bir fobi halına gəlməsi
-Təhqirlər edərək yoldaşını dəyərsiz hiss elətdirmək
-Hadisələrə kontrolsuz və ifrat reaksiyalar
-Psixoloji və fizioloji şiddətə meyllilik
Pataloji qısqanclıq Otello sindiromu olaraq da bilinməkdədir. Sindirom adını Şekspirin “Otello” əsərindən almışdır. Bu əsəri Şekspir 1600-cü illərdə yazsa da, əsərdəki problemlər bugün də gündəmdə qalmaqdadır. Əsərdə zənci Othello ilə Venedikli bir qızın əngəl tanımayan sevgisindən bəhs edir. Lakin bu sevginin sonu faciəvi bitir. Dəlicəsinə vurğun olduğu həyat yoldaşının onu aldatdığından şübhələnən Othello uzun sürən qısqanclıq krizlərinin sonunda sevglisini vəhşicəsinə öldürür. Tragediyanın əsas mövzusu “qısqanclıq”dır.
Hazırladı: Ayşən Rizvan