Qadin.NET / Letolojika

Letolojika

Letolojika

 

“Dilimin ucundadı” deyib xatırlamadığımız sözlər əslində beynimizin bir şeyləri xatırlamaq üçün istifadə etdiyi vasitələrlə əlaqəlidir. Söz dilimizin ucundadı, amma sanki bir maneəyə rast gəlib deyə xatırlaya bilmirik, bu hadisənin elmdəki adı letolojikadır. Letolojika halı elmə psixoloq Karl Yunq tərəfindən daxil edilib.

Beyin bir kompüter kimi işləmir ki, düyməyə basan anda hər hansısa sözü dərhal xatırlaya bilək. Psixoloq Tom Stafford bu vəziyyəti belə izah edir: “yaddaşın işləmə mexanizmi olduqca qəribədir; yeni məlumatları xatırlamaq üçün önəmli olan onlarla digər məlumatlar arasında nə dərəcədə əlaqə qurduğunuzla bağlıdır, nə dərəcədə xatırlamaq istəmənizlə deyil.”Oksford ingiliscə lüğətində 600000-ə qədər söz var, adi insan isə gündəlik həyatında 50000-ə qədər müxtəlif sözdən istifadə edir, amma ümumi söz sayı bundan qat-qat çoxdur. Beləliklə, gündəlik olaraq istifadə etmədiyimiz sözlər passiv söz olaraq yaddaşa əlavə edilir. Nəticədə çox işlətmədiyimiz sözləri unuduruq, çünki yaddaşımız əlaqə qurmaq vasitəsilə işləyir və biri-birinə bağlı məlumat şəbəkələrindən ibarətdir. Bir şeyi xatırlamaq üçün isə çox vasitə var, bu isə tam ayrı mövzudur.

Hazırladı: Rəşad Axundzadə

19 dekabr 2016
GO BACK