Qadin.NET / Emosional vampirlərin 5 tipi

Emosional vampirlərin 5 tipi

Emosional vampirlərin 5 tipi

Emosional vampirlə qarşılaşdığının 5 əlaməti.

1. Sənin göz qapaqların ağırlaşır və sən hər an yuxuya getməyə hazırsan.

2. Əhvalın daim aşağı olur və sən ədyalı başına çəkib, çıxmaq istəmirsən.

3. Öz yeməyinə fikir vermirsən, yemək sənin üçün günlük vərdiş halına çevrilir.

4. Sən özünü narahat, depressiv, mənfi hiss edirsən.

5. Sən özünü nəyisə itirmiş kimi kədərli hiss edirsən.

İnsanlarla  emosional döyüşdə enerjini qorumaq vacib sayılır. Aşağıdakı strategiyalarla emosional vampirlərlə döyüşdə qalib gələ bilərsən.

5 tip emosional vampir:

1. Narsist. (The Narcissist)

Onların devizi “ Birinci mənə” –dir. Hər şey onlar haqqındadır. Onların öz dəyərləri haqqında yüksək düşüncələri var, diqqətə qarşı acgözdürlər,  onlara heyranlıq duyulması üçün can atırlar. Onlar təhlükəlidirlər, çünki empatiyaları zəifdir və qeyri-şərtsiz sevgini başa düşmürlər. Əgər sən onların istədiyi kimi davranmasan, onlar səni cəzalandıra yaxud sənə soyuq davrana bilərlər.

Özünü necə qorumalı. Ondan gözlədiyin qayğını reallıqla əlaqələndirməyi bacar. Bu insanlarda hisslər məhduddur. Belə birini sevməməyə cəhd et yaxud onların özlərini daha çox sevdiyini və bağlanmadan sevdiklərini anla. Heç vaxt öz dəyərini ondan asılı vəziyyətə salma və ona qarşı olan dərin hisslərini ondan gizlət. Acı həqiqət budur ki, münasibətdə onlara faydalı olan nəsə olmasa, bu münasibəti davam etdirməzlər. Münasibətdə onun eqosunu oxşayacaq heçnə yoxdursa, bu münasibətin bitməsi qaçınılmazdır.

2. Qurban (The Victim)

Bu vampirlər sənin nəzərini özlərində saxlamaq üçün “yazıq mən” devizindən istifadə edirlər. Dünya onlara qarşıdır, mən bu onlara xoşbəxt olmamaq üçün səbəb verir. Sən nə vaxt onların problemin həllini göstərsən, onlar belə deyəcək: “Doğrudur, amma.......”. Ən axırda sən onlara vaxt ayırmağı kəsib, uzaqlaşmağa çalışa bilərsən. Əgər onlar sənin dostun olmuş olsa, sən ona kömək etmək istəyəcəksən, lakin onların tale haqqında olan kədərləri səni yoracaq.

Özünü necə qorumalı. Qayğı göstər, amma buna limit qoymağı bacar. Belə dostuna yaxud qohumununa qısaca qulaq as, və sonra belə de: “ Mən səni sevirəm, lakin məsələnin həlli haqqında müzakirə aparacayıqsa, sənə bir neçə dəqiqə ayıra bilərəm.” Bədən dili öz hisslərinizi göstərmək üçün önəmlidir. “ bu doğru zaman deyil” deyərkən qollarınızı çarpazlamaq və göz kontaktını kəsmək, onlara sərhəd qoymaqda sizə kömək edəcək.

Emosional vampirlərin 5 tipi

3. İdarə edən (controller)

Bu insanlar daim səni idarə etməyə çalışırlar və sənə necə hiss etməyi və necə davranmağı əmr edirlər. Onların hər şey haqqında rəyləri var. Onların kitabına uyğun gəlməyən nəsə olanda, sənin hisslərini nəzərə almadan, səni idarə etməyə çalışacaqlar. Onlar tez-tez bu cümləni işlədirlər: “ sən nəyə ehtiyacın olduğunu bilirsən?” və sonra danışmağa davam edirlər. Axırda sənin hisslərinə ağalıq etməyə başlayırlar və sən özünü zəif hiss etməyə başlayırsan.

Özünü necə qorumalı. Bu insanları heç vaxt idarə etməyə çalışma. İddialı ol, lakin onlara nə edəcəyini söyləmə. Sən belə deyə bilərsən; “ Mən sənin  məsləhətinə dəyər verirəm, amma həqiqətən öz üzərimdə işləməyə ehtiyacım var.” Özünə güvən və qurban rolunu oynama.

4. Boşboğaz (constant talker)

Bu insanlara sənin hisslərin maraqlı deyil. Onlar yalnız özlərinə görə narahat olurlar. Sən daim söhbətin sənə gəlməyini gözləyəcəksən, amma bu heç vaxt baş verməyəcək. Onlar fiziki olaraq səninlə çox yaxın ola bilərlər, belə ki, praktik olaraq səninlə nəfəs ala bilərlər.

Özünü necə qorumalı. Bu fərdlər sözsüz işarətlərə cavab vermirlər. Bunu etmək çətin olsa da, onun sözünü yarıda kəsməlisən. Bir neçə dəqiqə dinləyəndən sonra, nəzakətlə belə de: “mən kiminsə sözünü kəsməyə nifrət edirəm, lakin mənim işim var/ başqaları ilə danışmalıyam/ vannaya getməliyəm. ( “kəs səsini, məni dəli edirsən” deməkdənsə, ilk verilən variantı işlətmək daha yaxşıdır.) Əgər bu insan ailə üzvündürsə, nəzakətlə de: “ Bəzən mənim də söhbətə qoşulmağıma icazə versən, sevinərəm.” Əgər sən bunu səmimi şəkildə desən, bunu anlayacaq.

Emosional vampirlərin 5 tipi

5. Dram Kraliçası ( The Drama Queen)

Bu insanların kiçik hadisələri drammatikləşdirmə bacarıqları var. Mənim xəstəm- Sarah əldən düşmüş vəziyyətdə idi. Onun yeni işə aldığı işçi hər dəfə işə gecikirdi. Bir həftə qrip oldu. Gələn həftə onun maşını yenidən xarab olmuşdu. Hər dəfə bu işçi ofisi vaxtından əvvəl tərk edirdi. Sarah isə günün sonunda özünü yorğun və istifadə olunmuş hiss edirdi.

Özünü necə qorumalı.  Bu şəxslər səbrli insanların enerjisini çəkə bilməzlər. Sakit ol və bir neçə dəfə dərindən nəfəs al. Bu sənə isterik davranışları tutmaqda kömək edəcək. Qayğı göstər, amma sərtliyinlə buna limit qoy. Məsələn belə deyə bilərsən: “ İşini əldə saxlaya bilmək üçün zamanında burda ol. Mən sənin başına gələn bütün bəlalara görə üzgünəm, amma iş hər şeydən birinci gəlir.”

Öz münasibətini yaxşılaşdır və enerjini artır. Çalış vaxtını sevə bilən, səni inkişaf etdirən insanlarla keçir, səni tükətən insanlara sərhəd qoymağı bacar. Bu sənin həyatının keyfiyyətini artıracaq.

Müəllif: Judith Orloff MD 

"Emotional Freedom" kitabının müəllifi, Klinik Psixiatrın Assistenti.

Tərcümə edən: Ustaclı

Mənbə linkdə : https://www.psychologytoday.com/blog/emotional-freedom/201101/5-types-emotional-vampires?utm_source=FacebookPost&utm_medium=FBPost&utm_campaign=FBPost

27 noyabr 2016
GO BACK