Qadin.NET / Disney şirkətinin 10 idarəçilik prinsipi(1)

Disney şirkətinin 10 idarəçilik prinsipi(1)

 

Disney şirkətinin 10 idarəçilik prinsipi(1)

 

1. Hər kəsin xəyalını gerçəkləşdir

 2. Yaxşı olar ki, buna inanasan

 3. Müştəri yox, hər zaman qonaq

 4. Hamımız birimiz üçün, birimiz hamımız üçün

 5. Səhnəni paylaş

 6. Cəsarət etməyə cəsarət et

 7. Təcrübə, təcrübə, təcrübə

 8. Öz filini uçur

 9. Eskizlərinlə sehri tut

 10. Ən yaxşı hesabın təfərrüatlarını ver

“Disney yolu” adlanan kitablarında müəlliflər Capodagli və Jackson Disney şirkətində olan liderlik və həvəsləndirici strategiyaları gözdən keçirir. Onun banisi Uolt Disney milyardlarla dollar gəliri olan cizgi filmi istehsal edən studiyanın dahi yaradıcısıdır. Müəlliflər digər şirkətlərə inteqrasiya olmuş, uğurla istifadə etdikləri Disney idarəçilik prinsiplərini nəzərə çatdırırlar.

 

Disney şirkətinin 10 idarəçilik prinsipi(1)

 

Müəlliflər açıqlayır ki, Uolt Disney öz işini bu 4 konsepsiya  ilə idarə etmişdir: xəyal et, inan, cəsarət et və həyata keçir. Bu konsepsiyalar Disneyin ölümündən 40 il keçməsinə baxmayaraq bu gün də hər bir Disney strategiyasının ürəyi olaraq qalan 10 idarəçilik prinsipinin əsası olmuşdur. 10 ayrıca prinsipin qeyd olunmasına baxmayaraq, müəlliflər prinsiplərin qarşılıqlı əlaqəsinin vacibliyini vurğulayır.

 

Disney şirkətinin 10 idarəçilik prinsipi(1)

 

Disneyin ilk idarəçilik prinsipi: «hər kəsin xəyalını gerçəkləşdir».

Bu prinsip şirkət üzvlərinin yaradıcılıq qabiliyyətlərini inkişaf etdirməsinə imkan yaradılmasının vacibliyini vurğulayır. Disney şirkətində yeganə məqsədi kreativ ideyalar üzə çıxarmaq olan yüzlərlə “yaradıcılar” fəaliyyət göstərir. Lakin bu kreativ ruh təkcə “yaradıcılar”la məhdudlaşmır. Şirkət bütün çalışanlarına yaradıcılıq mədəniyyətini aşılayır. Bu iştiraka həvəsləndirir və sənaye rəqibləri ilə müqayisədə azalan dövriyyə faizinə görə etibarlıdır.

 

 

Ardı var...

Tərcümə etdi: Nüşabə Kərimzadə

24 noyabr 2016
GO BACK