Qadin.NET / Fərqində olmadan sizi stress edən 11 vərdiş (1)

Fərqində olmadan sizi stress edən 11 vərdiş (1)

Fərqində olmadan sizi stress edən 11 vərdiş (1)

Səhər oyandığınızdan axşam başınızı yastığa qoyduğunuz ana qədər, gün içində düşündüyünüz şeylər, etdiyiniz hərəkətlər siz fərqində olmadan sizi stressə salır. İndi bunların nə olduğunu qara-qara düşünmədən əvvəl dərin bir nəfəs alın və rahatlayın. Çünki sizə günlük vərdişlərinizdən hansılarının sizi stressə saldığını açıqlayırıq:

Fərqində olmadan sizi stress edən 11 vərdiş (1)

1. Bu gün heç qəhqəhə atdınızmı? Ən son nə vaxt doyunca qəhqəhə atdığınızı xatırlamırsınızsa, həyatınızı sorğulamağın vaxtı gəlmişdir. Araşdırmalara görə qəhqəhə ataraq gülmək qan axışını nizama salar, əzələləri boşaldır, vücuddakı ağrını azaldır və immun sisteminin güclənməsini təmin edir! Gördünüzmü? Bir gülüş nələrə qadirdir...

Fərqində olmadan sizi stress edən 11 vərdiş (1)

2. İdman salonuna üzv olmusunuzmu? İdman salonuna gedib üzv olmaq asandır, amma nizamlı bir şəkildə idman etmək heç də o qədər asan deyildir. Əgər idmana öz tənbəlliyiniz üzündən getmirsinizsə, heç üzülməyin. Çünki bu zatən sizin qərarınızdır. Bunun üstündə düşünüb gününüzü məhv etməyin. Amma öz istəyiniz xaricində işlə bağlı getmirsiniz, həftə sonu mütləq bir saat idman salonuna gedin. Unutmayın: Məşq etmək xoşbəxtlik hormonu əmələ gətirdiyi üçün stresinizi azaltmağa kömək edir!

Fərqində olmadan sizi stress edən 11 vərdiş (1)

3. Doğru musiqilər dinlədiyinizə əminsiniz? Bu günə qədər aparılan bir çox araşdırma göstərir ki, musiqi dinləmək rahatlamanın ən asan yollarından birirdir. Fəqət çox təəssüf ki, hər kəsin musiqi seçimi rahatladanlardan çox depressiyaya salanlardan olur. Sizə məsləhətimiz depresiv mahnılar əvəzinə mahnı siyahınıza daha çox şən, hərəkətli mahnılar əlavə edin.

Fərqində olmadan sizi stress edən 11 vərdiş (1)

4. Ev işlərini “sabaha” təxirə salmayın!

Tələbəykən qabları ya da paltarları bir sonrakı günə təxirə salmaq gözəl bir fikir kimi görünə bilər. Amma yaş artdıqca bu hal bir az daha cansıxıcı vəziyyət alır. Evə gəldiyinizdə qarşınıza çıxan dağınıq ev, kirli qabla dolu mətbəx sizi həm məyus edir, həm də necə təmizləyəcəyinizi düşünməkdən, sizi daha çox stressə salır.

Fərqində olmadan sizi stress edən 11 vərdiş (1)

5. Bir az sürətli nəfəs almış ola bilərsiniz? Özünüzü gün içində heç sürətli nəfəs alarkən fərq etdinizmi? Bunun ilk işarəti yaşadığınız o böyük stressdir. Bunun yerinə yavaş, amma dərin-dərin nəfəs alın. Hətta olduğunuz yer münasibsə, burnunuzdan nəfəs alıb, ağzınızdan verin. Bunu ən az 10 dəfə etdikdə rahatlamağa başladığınızın fərqinə varacaqsınız.

Fərqində olmadan sizi stress edən 11 vərdiş (1)

6. Tünlükdən xoşlanmırsınız?

Çox təəssüf ki, istəmədiyimiz şeyləri bəzən etmək məcburiyyətində oluruq. Amma əsl problem əslində bunları etmək məcburiyyətində olmadığımızıdr. Məsələn; tünlükdən xoşlanmırsınız? Elə isə həftə sonları, xüsusilə bazar günləri, ticarət mərkəzlərinə getməkdən vaz keçin. Ofis də xoşlamadığınız adamlarla bir yerdə olmağa məcbur qalırsınız? İnanın, bəhanə uydurub onlardan uzaqlaşmaq çox asandır. Sadəcə başqalarının nə düşündüyünü düşünmədən öz həyatınızı yaşamağa baxın.

17 noyabr 2016
GO BACK