Qadin.NET / Faydalı yalnızlıq

Faydalı yalnızlıq

Faydalı yalnızlıq

Qapını bağlayın, smartfonunuzu yığışdırın, nootbookunuzu şkaf çəkməcəsinə qaldırın. Sizə tək qalmaq lazımdır. 

Həyatınızın bir gününə səhərdən axşama nəzər salın. Daimi bildiriş səsi çıxaran telefon, iş seminarları, iş çoxluğu rejimində işləmək, sosial şəbəkə (məsələn, Facebook) dostlarının tez-tez yenilənən statusları, iş müştəriləri və sifarişçilərin zəngləri. Bunlardan başqa ailəyə zaman ayırmalı, uşaqla danışmalı, ev işləri görməli, işdən qayıdan həyat yoldaşına qulluq etməli, ailə yaxınlarınla hal-əhval tutmalı... Şənlik, şadlıq, xoş əhval əvəzinə həftə sonu stresi güclənir,- hər kəs məni rahat buraxsın! 

Daima onilne olmaq nəyə səbəb olur?

- Dünyamız rabitə vasitələri ilə aşırı yüklənmişdir. Şüurlarda telefona gələn zənglərə, mesajlara anında cavab vermək istəyən bir obraz yaranıb sanki. Əslində isə bu hiperbağlılıq ciddi problemə çevrilib. Bu stresə aparan birbaşa yoldur;

- Diqqətin azalması;

- Əsəbilik;

- Yaradıcılıq potensialının düşməsi;

- Tez yorulmaq.

Şıxış yolu nədir? 

"Şəbəkədən" qopuruq.

Beynimiz daim işlək haldadır. Diqqət cəmləməli olduğumuz işlər bizi yorur. Bu zamanla zehni yorğunluğa gətirib çıxarır. Statuslara göz gəzdirərkən bu bizə adi bir iş kimi gəlir. Beynimiz isə lazımlı lazımsız hər məlumatı bazasına yerləşdirir. Bununla da enerji sərf etmiş olur. Səbəbsiz yaranan baş ağrıları, depresiya halları sırf boş işlərə sərf etdiyimiz vaxta görə yaranır. Bəzən sükuta qərq olmağı bacarın. Bu ilk növbədə sizin orqanizminizin ehtiyacıdır.

 

9 dekabr 2016
GO BACK