Qadin.NET / Sağlam olmaq üçün məsləhətlər

Sağlam olmaq üçün məsləhətlər

 

Sağlam olmaq üçün məsləhətlər



 

1. Optimist olun: Optimist olmaq yaşamağın yüzdə əlli faiz uzanmasına səbəb olur.

2. Çox yatmayın: Gün ərzində çox yatmağı sevirsinizsə,bundan təcili imtina edin. Çünki araşdırmalar nəticəsində məlum olmuşdur ki, çox yatmaq insan ömrünü qısaldır. Ancaq az yatmaqdan da qaçmalısınız. Əgər 4 saat və 4 saatdan az yatırsınızsa, bu artıq erkən ölümün çox yaxında olduğuna işarədir. Ən ideal yuxu saatı 6 ya da 7 saat olmalıdır. 

3. Heyvan sahibi olun: Heyvan sahibi olanların olmayanlara nisbətən  yüzdə 12 % daha uzun bir həyata sahib olduqları ortaya çıxdı. Xüsusilə  də itlərə sahib olanlar. Heyvanlar insanların bədbəxtliyini, kefsizliyini azaldır. Eyni zamanda  insanı özünü  tənha hissetməsindən uzaqlaşdırır. 

4. Tez-tez müayinə olunun: Bu,həm sizin sağlamlığınızın təminatçısıdır,həm də gələcəkdə yarana biləcək ciddi xəstəliklərin qarşısının alınmasına kömək edir.

 

Sağlam olmaq üçün məsləhətlər

 

 

5. Strestdən uzaq bir həyat: Çox stresli həyata sahib olanların 55 yaşına gəldiyində infarkt keçirməsi, az stresli həyat yaşayanlarla müqayisədə 6 qat çoxdur. Bu səbəbdən də stresi həyatınızdan çıxardın.

6. Su için: Günə iki stəkan  su içərək başlayın. Gün boyunca 2- 2,5 litrə qədər su içməyiniz məsləhətlidir.

7. Uşaqlar üçün südü,böyüklər üçün isə qatığı süfrənizdən əskik etməyin. 

8. Xəstə olmadığınız halda belə, şəfalı bitkilərdən istifadə edərək immun sisteminizi gücləndirin.

9. İldə 4 dəfə, 15 gün ət yeməməyə çalışın. Bununla həm zamansız qocalmağınızın, həm də daha uzun ömürlü yaşamağınızın keşiyində dayanmış olacaqsınız.

 

Sağlam olmaq üçün məsləhətlər



 

10. Gülməyi əsla unutmayın. Ruhunuzun ən gözəl dərmanı odur.

11. İmkan etdikcə ayaqyalın halda bir neçə dəqiqə torpaq üzərində addımlayın.Bütün uğursuzluqlarınız torpağa keçəcəkdir.

12 .Hər gün 5 dəqiqə gözlərinizi yumaraq heç bir şey düşünməməyi öyrənin.Bu sizə,sanki sizin yenidən anadan olduğunuzu hiss elətdirəcək.

13. Çalışın bədəninizi çox üşüməkdən qoruyasınız.

14.Səhər yeməyinizin mütləq yeyilməsi,günorta yeməyinizin bir az yeyilməsi,axşam yeməyinizin isə heç yeyilməməsi məsləhət görülür.

15.Daim hərəkətdə olun,idman edin,bədəninizin süstlənməsinə şərait yaratmayın.Həyata olan yaşamaq həvəsiniz,arzularınız məhv olar. 

16. Gün ərzində yeyilən bir almanın həyatınızda ,cildinizdə,sağlamlığınızda böyük möcüzələr yaratdığından əmin olun.

27 oktyabr 2016
GO BACK