31. Siz kimdənsə, nədənsə asılısınız
Başqalarından asılı olmaq rahat şeydir. Amma asılı olmamaq böyük insanın xüsusiyyətidir. Başqalarından yapışan və azad olmağı arzulamayan kəslər aşağı dərəcədə qalmağa məhkumdurlar.
32. Düşünürsünüz ki, xoşbəxtliyə layiq deyilsiniz
Bəzi insanlar elə düşünür ki, onlar xoşbəxt olmağa layiq deyillər. Onlar güman edir ki, həyatda çox səhv ediblər və bu da onların xoşbəxtliyinə bir maneədir. Amma xoşbəxtlik elə bir təcrübədir ki, hamı onu duymalıdır, hamının buna haqqı çatır. Ona görə də “mən layiq deyiləm” sözünün üstündən bir xətt çəkin.
33. Həmişə sizə elə gəlir ki, nəyinizsə çatışmır
Özünüzü tam hiss edə bilməyiniz üçün nəyəsə ehtiyaclı olduğunuzu güman edirsiniz. Bir az daha, bir az daha – deyərək heç nəyə qane olmursuz və bu, sizin əhval-ruhiyyənizi pozur. Bu, heç vaxt qurtarmayacaq. Elə həmişə axtarışda olacaqsınız, əldə etikdə isə yenə də qane olmayacaqsınız. Odur ki, hər bir anın həzzini duymağa çalışın.
34. İmkanları gözardı edirsiniz
Bəzən fürsət qapımızı döydükdə bir çoxumuz televizorun səsini ucaldır və öz yerini rahatlayır. Axı fürsət sizi hərəkət etməyə vadar edir. Ancaq bu, sizə lazım da deyil. Siz tərpənmək istəmirsiniz. Ancaq bir zaman gələcək və siz əldən verdiyiniz fürsətlərə görə çox peşman olacaqsınız. Onda da artıq gec olacaqdır.
35. Siz özünüzdən razısınız
Özündən razı olmaq insanda rahatlıq, aramlıq illyuziyası yaraır. Sizə elə gəlir ki, hər şey yaxşıdır, hər şey qaydasındadır. Əslində isə siz özünüzü suyun axarına təslim etmisiniz və bir gün təhlükəli bir sahilə çıxacaqsınız. Mübarizə aparın, özünüzə qalib gəlin. Özünüzə qəsavət bağlamaq imkanı verməyin.
36. İşinizdən acığınız gəlir
Hər nə qədər fırlatsan da, həyatınızın böyük hissəsini işdə keçirirsiniz. Əgər acığınız gəldiyiniz yerdəsinizsə və sizi bədbin kollektiv əhatə edibsə, çətin ki, üzünüzdə təbəssüm qalsın. Amma, əslində iş insana sevinc, rahatlıq gətirməlidir. İş təkcə pul qazanmaq və borc ödəmək üçün nəzərdə tutulmamalıdır.
37. Siz lazım olmayan şeylər arxasınca qaçırsınız
Hərdən biz unuduruq ki, bizə nələr daha zəruridir. Hərdən papağınızı qabağınıza qoyub düşünün, görəsən bu yeni “ayfon” sizə həqiqətən də lazımdırmı, görəsən bir şeyi əldə etməyiniz üçün həyatınızı zəhərə çevirmək, özünüzü ağır yük altına salmağa dəyərmi? Hədərə verdiyiniz zamanı daha səmərəli keçirə bilməzdinizmi?
38. Sizin mənəvi həyatınız yoxdur
Müasir araşdırmalar göstərir ki, xoşbəxtliklə mənəviyyat arasında əlaqə vardır. Bu onu göstərir ki, meditasiya, yaxud dua etmək, pozitiv düşüncəli adamlarla danışmaq insanı aram edir, rahatlaşdırır və yaxşılığa doğru dəyişməyə kömək edir.
39. Sizin həqiqi dostlarınız yoxdur
Ətrafınızda yüzlərlə yoldaşınız, tanışınız ola bilər. Ancaq onlar arasında bircə nəfər də yaxın dost yoxdursa, özünüzü xoşbəxt hiss edə bilməyəcəksiniz. Həyat – hər zaman insanlarla qarşılıqlı əlaqə qurmaqdır. Əgər sizin əlaqələrinizin möhkəm olmadığını düşünürsünüzsə, onda, bəlkə də yeni dost axtarışında olmalısınız.
40. Özünüzdən qorxursunuz
Qəribə olsa da, bir çoxları özündən qorxur və öz qərizələrinə etibar etmirlər. Lakin özünüzə etibar etməsəniz, bəs kimə etibar edəcəksiniz? Özünüzə inanın, öz həyat yolunuzda şübhə ilə addım atmayın.
41. Narahatsınız ki, başqaları sizin haqqınızda nə düşünür
Qəbul edin ki, heç də hamının xoşuna gələ bilməzsiniz. Əgər hamının xoşuna gəlməyə çalışsanız ağlınızı itirərsiniz. Kiməsə yarımaq üçün həyatını sərf etməyin heç bir anlamı yoxdur.
42. Özünüzü aram etmirsiniz
Onsuz da həyat bir oyundur. Bizim də hər birimizin zamanla istirahət etməyə ehtiyacımız var. Əgər siz istirahətə vaxt ayırmasanız, stress və məyusluq sizi daim güdəcəkdir. Özünüzü aram saxlamağa və qüvvələrini bərpa etməyə çalışın. Bax onda sizin psixi və fiziki sağlamlığınız gözlənilmədən yaxşılaşacaqdır.
43. Siz risk etmirsiniz
Bəzi insanlar öz imkanlarından maksimum dərəcədə istifadə etmidlər. Əgər siz bundan daha artığını etmək iqtidarında olduğunuzu hiss edirsinizsə, o zaman risk edin. Bir də görəcəksiniz ki, siz daha çox şey reallaşdırmısınız.
Hazırladı: Fərid Abdullah