Qadin.NET / İnsanların xoşbəxtliklərini əllərindən alan amillər (2)

İnsanların xoşbəxtliklərini əllərindən alan amillər (2)

İnsanların xoşbəxtliklərini əllərindən alan amillər (2)

9. Siz pula çox əhəmiyyət verirsiniz

Düzdür, pul insanın həyatını daha rahat edə bilər, ancaq insanı xoşbəxt edə bilməz. Bir düşünün, əgər sabah sizin axırıncı gününüz olsa, siz yenə də öz zamanınızı pul qazanmağa sərf edərdinizmi? Çox güman siz bu müddəti yaxınlarınızla, sevdiklərinizlə keçirməyi istəyərsiniz. 

10. Siz düzgün şeylər üçün vaxt tapa bilmirsiniz

Hərdən özümüzü itmiş kimi hiss edirik. Bu məsələni həll etmək üçün həyati hədəfləri, meyarları aydınlaşdırmaq lazımdır. Öz daxilinizə uyğun gələn şeyləri hədəf olaraq bir kağız üzərinə yazın. Sonra baxın ki, bunlara nə qədər vaxt sərf edirsiniz, sizin üçün nə qədər önəmlidir? İnsan hədəflərini yaddan çıxardıqda özünə yer tapa bilmir.

11. Siz bədbəxt insanlarla əhatə olmusunuz

Öz ətrafınıza baxın. Əgər yan-yörənizdəki dostlarınız bütün günü giley-güzar edirlərsə, həmişə həyatdan şikayət edirlərsə, inanın, bütün bunlar sizə də sirayət edəcəkdir. Özünüzə pozitiv dostlar axtarın.

12. Siz həyatdakı mövqeyinizi hələ də tapa bilməmisiniz

Görün nə qədər insan var ki, həyatdakı yerini tapa bilmir. Çoxlu sayda adam vardır ki, günlərini hədərə verir. Həyatdakı vəzifənizi tapmağa çalışın, bilirəm ki, çətindir – amma nə qədər çətin görsənsə də ehtirasınız, həvəsiniz olan düzgün şeyə doğru hərəkət etməlisiniz. Həyatınıza hədəf, məqsəd qatmalısınız.

13. Siz müəllif deyilsiniz, aktyorsunuz

Bəzən insanlar həyatda özgələrinin rolunu oynayırlar. Özlərini başqaları kimi aparmağa çalışırlar. Lakin gec-tez insan ayılır ki, sən demə öz həyatını başqalarına uyğun olaraq yaşamışdır.

14. Siz öz keçmişinizdə ilişib qalmısınız

Bəziləri öz keçmiş həyatının əsirinə çevrilirlər. Həmişə “kaş ki” deyərək ah çəkirlər. Bəli, keçmişdən ibrət almaq mümkündür, ancaq onu dəyişdirmək mümkün deyil. Odur ki, indiki zamanla yaşayın. Çünki sabah bu gününüz sizin keçmişiniz olacaqdır.

15. Siz gələcək haqqında fikirlərlə yaşayırsınız

Bəziləri elə düşünür ki, xoşbəxtlik haradasa bir nöqtədə yerləşir. Ona görə də hər gün buna görə iztirab çəkirlər. Bəlkə xoşbəxt olmağınız üçün bu gün sizə yetər?! Məgər həyat davamlı olaraq “bu gün”dən ibarət deyilmi?!

16. Siz sağlam deyilsiniz

Bəli-bəli, idmanla məşğul olmaq, düzgün qidalanmaq, normal yuxu yatmaq sizin xoşbəxtliyi hiss etməyiniz üçün bir amildir. Emosiyalar bir çox fiziki faktorlardan asılıdır. Həqiqətən də, düz deyiblər: “Sağlam bədəndə sağlam ruh olar”.

17. Siz perfeksionistsiniz

Üç cür perfeksionizm vardır: Biri sizinlə əlaqədardır – yəni siz özünüzdən mükəmməllik gözləyirsiniz; biri sosial perfeksionizmdir – yəni sizə elə gəlir ki, cəmiyyət sizdən mükəmməllik gözləyir; biri də başqalarına qarşı perfeksionizmdir – yəni siz başqalarından mükəmməllik gözləyirsiniz. Bütün bu üç xüsusiyyət sizi bədbəxt edir. Siz, sadəcə öhdənizdə olanı yerinə yetirin, vəssəlam.

18. Siz uğursuzluqdan qorxursunuz

Bəzi insanlar səhv edəcəklərindən qorxurlar. Ona görə də heç nə etmirlər. Uşaq vaxtınızı yadınıza salın, siz gəzməyi öyrənmək üçün nə qədər yıxılmısınız? Ancaq indi gəzirsiz. Bəlkə də indiki ağlınız uşaqlıqda olsaydı, siz hələ də iməkləyəcəksdiniz. Əgər bu təfəkkürlə yaşasanız, həyatınız natamam olacaqdır. Bilməyərəkdən səhv etmək insana təcrübə qazandırır. Lakin bilərəkdən səhv etmək qəbahətlidir.

19. Siz adət etdiyiniz şeylərdən yapışırsınız

İnkişaf yalnız bizim özümüzü rahat hiss etdiyimiz dairədən kənardadır. Əgər siz adət etdiyiniz şeyləri keçməsəniz qqorxu üzərində ələbənin sevincini hiss etməyəcək və yerinizdə sayacaqsınız. Siz həmişə öz yuvanızda oturaraq başqalarının uçmasına tamaşa edəcəksiniz.

20. Siz kiməsə borclusunuz

Borc insanda stress yaradır, əlaqələri kəsir və maddi çətinliklərə səbəb olur. Ona görə də, sadəcə bu borcları ödəmək üçün plan tərtib edin və ona riayət edin, sizə daha da asan olacaqdır.

21. Siz qiymətləndirilmənizi arzulayırsınız

Əgər başqalarının sizi qiymətləndirməsini gözləyirsinizsə, həmişə özünüzü bədbəxt hiss edəcəksiniz. Bilin ki, özünüzdən başqa kimsə sizin dəyərinizi, qiymətinizi verə bilməz.

Ardı var...

10 oktyabr 2016
GO BACK