22. Siz yaxınlıq əlaqələrinə məhəl qoymursunuz
Heç bilirsinizmi insanlar ölüm yatağında olarkən nə arzulayırlar? Əksəriyyət insanlar iztirab çəkir ki, nə üçün xırda şeylərə görə öz ünsiyyət və yaxınlıqlarını dağıdıblar. Ailənizi və dostlarınızı yüngül saymayın.
23. Siz işlərinizi sonraya saxlayırsınız
Bu elə bir şeydir ki, hər dəfə işlərinizi təxirə saldıqda üzərinizdəki yükü daha da artırmış olursunuz və bu, uzun-uzadı davam edir. Bu ona bənzəyir ki, siz qaçırsınız və qaçdığınız halda hər dəfə yerdən daş götürürsünüz. Nəticədə üzərinizdə böyük yük olur və yerə sərilirsiniz. Siz başladığınız işi tamamlamalısınız. Özünüzə artıq yük yükləməməlisiniz.
24. Siz heç nə öyrənmirsiniz
Yeni şeylər mənimsəmək insanı yeni şeylərlə tanış edir, təcrübəsini artırır. Özünüzə hobbi seçin. Həyatda yeni maraqlar axtarın. Öyrəndikcə, dünyanı yenidən tanıyacaqsınız.
25. Sizin reallaşmamış arzularınız vardır
Həyata keçməyən arzularınızın abu-havası hər yerdə sizi yaxalaya bilər. Xoşbəxtlikdən biz yeni imkanlar üçün hərəkət etmək iqtidarındayıq.
26. Darıxırsınız
Bir çox insanların həyatında dəyişiklik yoxdur və bu, darıxdırıcılığa səbəb olur. Həyatınızda eynilik və yeknəsəqlik sizi bir yerə pərçimləyir. Sizi tora salır. Lakin hər zaman həyatınıza yenilik qata bilərsiniz. Sizə maraqlı olan, yenilik gətirən bir şey ardınca olmanız dərhal darıxmağınızı aradan qaldıracaqdır.
27. Həmişə məşğulsunuz
Bu səbəbdən özünüzü diri hiss edə bilmirsiz. Əgər hər gün robot kimi məşğulsunuzsa, hansı xoşbəxtlikdən söhbət gedə bilər ki? İş cədvəlinizə baxın. Yəqin ki, orada sizin vaxtınızı aparacaq, həm də əvəzində heç nə verməyəcək kifayət qədər mənasız şeylər vardır.
28. Az yatırsınız
Yuxusuzluqdan əziyyət çəkən əksər insanların depressiyaya düşmə ehtimalı 10 dəfə daha çoxdur. Yuxunuzu almağa çalışın. Buna görə də vaxtında yatın və vaxtında da durun.
29. Siz təklikdə kifayət qədər olmursunuz
Bəzən sizin təklikdə qalmağınız, özünüzlə söhbət etməyiniz, götür-qoy etməyiniz lazımdır. Arada belə şeylərə vaxt edin. Hətta parkda bir müddət təkbaşına oturmaqla olsa belə. Psixi durumunuz buna görə sizə təşəkkür edəcəkdir.
30. Sizin hədəfiniz yoxdur
Hədəfsiz yaşamaq məyus olmağa səbəb olur. Siz imkan verirsiniz ki, hər şey sizin başınıza gəlsin. Halbuki siz özünüz hədəf təyin edib hərəkətə keçə bilərsiniz. Hədəfə çatdıqda isə nə cür xoşbəxt olacağınızı təsvir etmək imkanımızdan xaricdir.
Ardı var...