Qadin.NET / “Wi-Fi” şəbəkənizə mane ola biləcək 6 səbəb

“Wi-Fi” şəbəkənizə mane ola biləcək 6 səbəb



Əgər qapalı şəraitdə, məsələn, evdə kabelsiz internet xidmətindən - “Wi-Fi”dən istifadə edirsinizsə və müəyyən maneələr internetdən keyfiyyətlə istifadə etməyinizə imkan vermirsə, bunun ən az 6 səbəbi var. Ekspertlərin hesablamalarına görə, “Wi-Fi” şəbəkəsində internetin sürətinin ortalama olaraq 30 faizi itkiyə gedir. İndi bu itkiyə səbəb olan 6 amili birlikdə nəzərdən keçirək:

 

Birinci, qonşularınızın istifadə etdiyi “Wi-Fi” şəbəkələri sizin şəbəkənizə mane ola bilər. Bunun səbəbi ondan ibarətdir ki, bu gün istifadə olunan “Wi-Fi”lərin əksəriyyəti 2,4GHz kanalında çalışır. Bu kanal üç zolaqdan ibarətdir və zolaqların bir-birinə mane olması mümkündür. Mütəxəssislər daha geniş zolaqlı kanallardan istifadə etməyi məsləhət görürlər.

 

İkinci, evinizdəki elektron məişət əşyaları da “Wi-Fi”yə mane ola bilir. Məsələn, mikrodalğalı sobaların və ya kabelsiz telefonların bir çoxu da 2,4GHz kanalında çalışır ki, bu da yeri gələndə “Wi-Fi”yə əngəl törədə bilir.

 

“Wi-Fi”yə mane ola bilən üçüncü amil blutus (bluetooth) cihazları ilə bağlıdır. Xüsusilə də köhnə blutus cihazlarının çalışdığı sistem “Wi-Fi”yə mane olur.

“Wi-Fi” şəbəkənizə mane ola biləcək 6 səbəb


Dördüncü, insan bədəninin 45-75 faizi mayedən ibarət olduğu üçün bu amil də “Wi-Fi”nin maneəsiz çalışmasına əngəl törədə bilir. Çünki su və nəmişlik “Wi-Fi” şəbəkəsinə təsir edir.

 

Beşinci səbəb rotorların (şəbəkələrarası əlaqəni təmin edən cihaz) təhlükəsizlik səviyyəsi ilə bağlıdır. Keyfiyyətsiz rotorlar şəbəkələrarası əlaqəni yüksək səviyyədə təmin etməyə bilər.

“Wi-Fi” şəbəkənizə mane ola biləcək 6 səbəb


 

Altıncı, “Wi-Fi” xidməti göstərən şirkətlərin müasir xidmət göstərməsi də önəmlidir. Qarşıya çıxa biləcək hər hansı problemi əvvəlcədən önləmək bir çox hallarda mümkün olur.

Həmzə Göksər

21 sentyabr 2016
GO BACK