Qadin.NET / Xoşbəxt münasibətləri öyrədən 10 şey (2)

Xoşbəxt münasibətləri öyrədən 10 şey (2)

Xoşbəxt münasibətləri öyrədən 10 şey (2)

6. Öz zəifliklərini qəbul etmək

Partnyorunuz sizi superqəhrəman hesab etmir və bəlkə siz də onu bu cür hesab etmirsiniz. Hamımız insanıq və hər birimizin çatışmazlıqları var. Onları göstərməkdən utanmaq lazım deyil. Bundan başqa stabil münasibətlərin davam etməsi üçün sizin zəifliklərinizin məlum olması vacibdir. Partnoyurunuz zəif cəhətlərinizi bilərsə, sizi narahat edən şeyləri öyrənərsə, kömək lazım olduğu anlarda sizə daha yaxından dəstək ola bilər. 

7. Bəzi şeyləri qəbul etmək olar, amma düzəltmək olmaz

Hər bir insanın müəyyən bir bazası vardır. Siz geriyə dönüb hər şeyi silə bilərsinizmi? Hələ ki, bu, heç kəsə nəsib olmayıb. Bununla yaçamağı öyrənmək lazımdır. Bəzi şeyləri qəbul etmək asandır, ancaq reallıq budur, biz hər zaman vəziyyəti düzəldə bilmərik. Mütləq irəliyə doğru davam etmək lazımdır, yoxsa münasibətləriniz pozula bilər. 

Xoşbəxt münasibətləri öyrədən 10 şey (2)

8. Tez və həqiqi mənada bağışlamaq

Hər dəfə aranızda münaqişə baş verdikdə, kimin qalib gəlib-gəlmədiyi haqqında narahat olmayın. Əksinə münaqiəşədən gələcək münasibətləri düzəltmək üçün dərs öyrənin. Dərs öyrənməklə gələcəkdə baş verəcək münaqişələrdən qaçına bilərsiniz. Həm də partnoyurunuzu bağışlayın. Özünüzü bağışlayın. Döyüş bitmişdir, onu keçmişdə buraxın. Kin tutmayın, öfkəli qalmayın ki, münasibətləriniz düzəlsin. 

Xoşbəxt münasibətləri öyrədən 10 şey (2)

9. Heç nə gözləmək lazım deyil

Partnoyurunuzun düşüncələrinizi oxumasını, yaxud yatağa səhər yeməyi gətirəcəyini, ev işlərində kömək edəcəyini gözləməyin. Bu olmaya da bilər. İnsanlardan onların heç fərqində olmadığı şeyləri gözləmək axmaqlıqdır. Ünsiyyətdə olun. Partnyorunuzun sizinlə münasibətlərdən nələr gözlədiyini bilin. Bu ona sizinlə daha diqqətli davranmağa kömək olacaq, amma yenə də heç nə gözləməyin. 

Xoşbəxt münasibətləri öyrədən 10 şey (2)

10. Öz hisslərinizi biruzə verin

Münasibətllərin ən mənfi tərəfi oyun oynamaqdır. Partnoyunuzu qıcıqlandırmayın, onu "yaxşı davranış"ına görə məhəbbət və zərifliklə mükafatlandırmayın. Partnyorunuzun yanınızda özünü sevilən hiss etməsindən əmin olmalısınız. Siz onunla xoşbəxt də ola bilərsiniz, yaxud ona əsəbləşə də bilərsiniz, əhəmiyyəti yoxdur, əsas məsələ o, sizin sevginizi hiss etməlidir. Xeyr, emosiyalarınız gizlədin deyilmir, sadəcə bilin ki, partnoyurunuzun sizi anlaması üçün əlinizdən gələni etdiniz. Və sevgini əskik etməyin. Nəticə olaraq hər şey onun üçün başlamadımı? 

Sevgi ilə qalın. 

10 oktyabr 2016
GO BACK