Qadin.NET / Gənc qalmaq üçün Şaolin rahibdən 10 məsləhət

Gənc qalmaq üçün Şaolin rahibdən 10 məsləhət

Gənc qalmaq üçün Şaolin rahibdən 10 məsləhət

Döyüş sənəti ustası və rahib Şaolin Şifu Yan Ley bədən və ruhu uzunmüddətli sağlam və gənc saxlamaq istəyən insanlara dəyərli məsləhətlər verir. 

1. Həddindən artıq çox düşünməyin. Düşüncələr enerjini alır. Daimi düşünmə zamanı qocalma prosesi güclənir. 

2. Çox danışmayın. İnsanların əksəriyyəti ya danışırlar, ya da iş görürlər. Ən yaxşısı ikincidir. 

Gənc qalmaq üçün Şaolin rahibdən 10 məsləhət

3. İş prosesi zamanı hər 40 dəqiqədən bir 10 dəqiqəlik fasilə edin. Bir işə həddindən artıq diqqət kəsildikdə daxili harmoniya pozulur. 

4. Xoşbəxt olduğunuz anlarda emosiyalarınızı idarə edin. Onlar üzərində nəzarəti itirdiyiniz zaman ağciyərləriniz zərər görə bilər. 

5. Üzülməyin və öfkələnməyin. Bu qaraciyər və bağırsaqlar üçün zərərdir. 

Gənc qalmaq üçün Şaolin rahibdən 10 məsləhət

6. Çox yeməyin. Süfrədən doymadan qalxın. Həddindən çox yemək dalağa ziyan vura bilər.

7. İşlərinizi tələsmədən görün. Bu deyimi unutmayın: "Yavaş getsən, davamlı gedərsən".

8. Rahatlamaq üçün zaman ayırın. Yaınız fiziki hərəkətlərlə məhdudlaşmayın, daxili balansı qorumaq üçün meditasiya da lazımdır. 

9. Yüklənmələrə də diqqət edin. Əgər insan sadəcə meditasiya ilə məşğul olub fiziki hərəkətlər etmirsə, bu da süstlük və yuxululuq yaradar. 

10. Kunq-fu öyrənin. Harmoniyaya çatmaq üçün bədəninizin nə istəməsini öyrənə bilərsiniz. 

17 sentyabr 2016
GO BACK