Qadin.NET / Qıvrım saçın 10 üstünlüyü

Qıvrım saçın 10 üstünlüyü

Qıvrım saçın 10 üstünlüyü

Qıvrım saçlı bir qızla birlikdə olmağın inanılmaz gözəl tərəfləri var. “Cəfəngiyyatdır! Bunun nə kimi bir faydası ola bilər ki?!” Deyən dostlarınız bu yazının sonunda Qıvrım saçlı, ağ dərili, zərif bir qız axtarışına çıxsa təəccüblənməyin.

1 Qıvrım saçlı qızların əksəriyyəti son dərəcə şən, pozitiv və əyləncəli insanlardır. Təbii olaraq, bunun sizə təsir etməsi qaçılmazdır.

2 Qıvrım saçlı insanların özləri ilə ən barışıq insanlar olduğu danılmaz bir həqiqətdir. Bu da sizi neqativliklə mübarizədə daha güclü edər. 

Qıvrım saçın 10 üstünlüyü

3 Saçlarının özlərinə qatdığı gözəlliyin fərqində olan Qıvrım saçlılar bu səbəblə hər daim gözəldir və bu da sizə zövq verir.

4 Saçlarıyla bağlı etdikləri hər hansı bir dəyişikliyin həmin an fərqinə vararsınız bu da sizi əlavə gərginlikdən xilas edər.

5 Saçları ilə bağlı edəcəkləri dəyişiklik məhdud olduğundan hamamda iki saat vaxt itirməzlər, bir yerə gedəndə sizi saatlarla gözlətməzlər.

6 Saçlarını oxşarkən alınan müsbət enerji bütün gərginliyi yox edər. 

Qıvrım saçın 10 üstünlüyü

7 Saçlarındakı şampun qoxusu günlərcə keçməz və sizə doya-doya gözəl qoxu almaq imkanı verər.

8 Saçlarını həcimli etmək, sönük görnüşünü əngəlləmək üçün cəhdləri olmadığı üçün sizinlə daha çox vaxt keçirdər.

9 Saçları çətin uzandığı, və ya uzansa belə hiss olunmadığı üçün gözəllik salonlarına istifadə olunan vaxt da sizə qalar.

10 Dünyada çox da sıx rast gəlinmədiyi üçün, olduğunuz hər ortamda yanınızdakı Qıvrım saçlı qıza görə özünüzü özəl hiss edə bilərsiniz.

13 noyabr 2016
GO BACK