Qadin.NET / Müəllimlər günü Dünyada

Müəllimlər günü Dünyada

 

Müəllimlər günü Dünyada

Müəllimlər günü, müəllimlik məsləyini icra edən kəsləri qiymətləndirmək üçün cürbəcür fəaliyyətlərin təşkil edildiyi bir bayram günüdür. Bir çox ölkədə 1994-ci ildən bu yana hər il 5 oktyabr günü UNESCO tövsiyəsiylə Müəllimlər günü olaraq qeyd edilməkdədir. 5 oktyabr günü, 1966-cı ildə Parisdə gerçəkləşən “Müəllimlərin Statusu Dövlətlərarası Xüsusi Konfransı”nın sona çatıb UNESCO təmsilçiləri ilə İLO tərəfindən “ Müəllimlərin Statusu Tövsiyəsi”ni rəybirliyilə qəbul edilməsinin ildönümüdür. Öz mədəni və tarixi xüsusiyyətlərinə, məktəb tətil günlərinə görə fərqli ölkələrdə fərqli tarixlər Müəllimlər günü olaraq müəyyən edilmişdir. Məsələn 12 ərəb ölkəsində ( Bəhreyn, BƏƏ, Cəzayir, Mərakeş, Qətər, Libya, Misir, Səudiyyə Ərəbistanı, Tunis, Oman, Ürdin, Yəmən) hər il 28 fevral , Müəllimlər günü olaraq qeyd edilir. Müəllimlər gününün tətil olub olmadığı da ölkəsinə görə dəyişir.

İş günlərində Müəllimlər gününü qeyd edən ölkələr:

Azərbaycan

Azərbaycanda hər il 5 oktyabr Beynəlxalq Müəllimlər Günü kimi qeyd edilir.

Avstraliya

Avvstraliyada Müəllimlər günü oktyabr ayının son cümə günündə qeyd edilir. UNESCO tərəfindən Dünya Müəllimlər günü olaraq qeyd edilməsi tövsiyə edilən 5 oktyabr Avstraliyada ümumiyyətlə məktəblər tətildə olduğu üçün oktyabr ayının son cümə günü Müəllimlər günü olaraq qəbul edilmişdir.

Çex Cumhuriyyəti

Unversal təlimin ilk müdafiyəçilərindən Jan Amoa Comeniusun doğum ildönümü olan 28 mar günü Müəllimlər günü kimi qeyd edilir.

 

Müəllimlər günü Dünyada

 

Hindistan

Hindistan Müəllimlər gününü 5 sentyabrda qeyd edir. Bu, keçmiş Hindistan prezidenti və müəllimi Dr.Sarvepalli Radhakrishnanın doğum günüdür. Dr. Radhakrishnan 1962-ci ildə Hindistan prezidenti olunca bəzi tələbələri və dostları onun doğum gününü qeyd etmələrinə izin verilməsi üçün ona istəklərini bildirmişlər. Dr. Radhakrishnan da cavab olaraq mənim doğum günümü ayrıca qeyd etmək yerinə, 5 sentyabr Müəllimlər günü olaraq qeyd edilsə bu mənim üçün qururverici olar demişdir. Bu gün Hindistanda tətil deyildir. Bu gün bir bayram günü olaraq qəbul edilib tələbələr normal bir günmüş kimi məktəbə gəlir; adi fəaliyyətlər və dərslər, bayram fəaliyyətləriylə birlikdə təşəkkür və xatırlama kimi olur. Bəzi məktəblərdə bu gündə müəllimlərin öhdəliklərini son sinif şagirdləri alaraq müəllimlərinin qiymətini bildiklərini onlara göstərirlər. Ümumi olaraq, hindlilər müəllimlərə çox böyük hörmət edirlər. Köhnə bir hindlinin dediyinə görə( ümumiyyətlə şagirdlərə öyrədilir) müəllimi 3-cü sırada sıralayar, Tanrıdan belə öndə: Ana, Ata və Müəllim Tanrıdır mənasında “ Maata, Pitha, Guru, Daivam”. Bir beytin (doha) ifadəsi Guru Govind doou khare kake lagon paai? Balihari guru aap ki Govind deeo batai, nə görə: “ İlk salamımı kimə vermək lazım olduğu mövzusunda içindən çıxılmaz bir vəziyyətdəyəm: Müəllimi yoxsa Tanrımı. Mən Tanrını tanımaq üçün vasitəçi olan şəxsi müəllimi seçməliyəm.” Başqa bir misal olaraq, Hinduizmin müqəddəs kitabının hissələrində “ Guru Bramha, Guru Vishun, Gur devo Maheshvvaraha- Gurusakshath papabramha tasmai shree gurve namaha, “ deyir, “ Müəllim üçlü birlikdir. Müəllimin özü Tanrının önündəki əlamətdir.” Müəllim hər uşağa hər kəsə bilik verməklə qalmaz onun anası vəzifəsini də üstələmiş olur.

 

Müəllimlər günü Dünyada

 

 

İran

Murtaza Mütəhhərinin öldürülməsinin ildönümü olan 2 may Müəllimlər günüdür Malaziya; Malaziyada Müəllimlər günü ( Malaziya dilində : Hari guru) 16 mayda qeyd edilir.

Peru

1953 –dən bu yana 6 iyun günü rəsmi olaraq Müəllimlər günüdür. Perunun müstəqilliyini qazanmasından sonra 6 iyun 1822 də qəbul edilən bir qanunla ölkədəki ilk müəllim məktəbinin qurulması səbəbilə 6 iyun günü seçilmişdir.

Slovakiya

 Jan Amos Comeniusun doğum günü olan 28 mart günü müəllimlər günü kimi qeyd edilir.

Türkiyə

Türkiyədə hər il 24 noyabr, Müəllimlər günü kimi qeyd edilir. Bu, 1981 –ci ildən başlamış bir bayramdır. 24 noyabr 1928, Türkiyə Cumhuriyyəti dövlətinin qurucusu Mustafa Kamal Atatürkün “ Millət Məktəblərinin Əsasmüəllimliyi” ni qəbul etdiyi gündür. Nazirlər heyəti, Mustafa Kamal Atatürkə “ Millət Məktəbləri Əsamüəllimi” ünvanını 11 noyabr 1928-ci ildə keçirdiyi iclasda vermiş və bu ünvan, 24 noyabrda Millət Məktəbləri Təlimatnaməsinin nəşrilə rəsmiləşmişdir. Atatürkün 100-cü doğum ildönümü olan 1981 ildə onun “əsasmüəllim” olmasının ildönümlərində ölkə səviyyəsində Müəllimlər günü bayram edilməsi qərara alındı. Müəllimlər günü ilə bağlı qeyd edilmələr, 26 noyabr 1922 –də Rəsmi qəzetdə çap edilərək qüvvəyə minən Müəllimlər günü bayram təşkili çərçivəsində gerçəkləşir.


1 avqust 2016
GO BACK