Qadin.NET / Üz cizgilərinə görə xarakter

Üz cizgilərinə görə xarakter

Üz cizgilərinə görə xarakter

Bəziləri ilə həyatımızın bəzi nöqtələri kəsişir və onlarla bərabər addımlar atmağa məcbur oluruq. Bu nöqtədə önəmli olan tək şey atdığımız addımın və ya qarşımızdakı insanın nə dərəcədə doğru olduğudur. Bunu yuzdə yüz anlamaq əlbəttə ki, mümkün deyildir. Amma zamanla, təcrübəylə, bir neçə ipucu ilə necə bir xasiyyətli insanla qarşı-qarşıya olduğumuzu anlaya bilər, daha düzgün ünsiyyət qurmaq üçün cəhd edə bilərik.

Üz oxuma sənəti çox qədim illərə dayanan, əslində fəlsəfi olan bir bacarıqdır. Hətta, çeşidli formada bunu bəzi iş adamları da tövsiyyə etmiş, satış seminarlarında belə vücüd dil oxumaq adı altında istifadə olunmuşdur. Fəqət bizim bəhs etdiyimiz üz ifadələrini oxumaq deyil, üz şəklindən ortaya çıxa biləcək bəzi mənalardır. Aşağıda bu mövzu ilə bağlı məlumatlar oxuyacaqsınız, hansı ki, tətbiq etdiyiniz zaman əyləncəli, olduqca təəccübləndirən nəticələr ortaya çıxır.

Yuvarlaq:

Üz cizgilərinə görə xarakter

Su ünsürü bürclərdə daha çox rast gəlinən yuvarlaq üz xətləri narın xasiyyətə işarə verir. Yaxşı valideyin olurlar, mühavizəkar, sakit xasiyyətlidirlər. Dostları çoxdur. Ünsiyyət qurmağı sevir. Kökəlməyə meyillidirlər. Yemək yeməyi sevirlər. Romantizm və seks onlar üçün önəmlidir.

Düzbucaq :

Üz cizgilərinə görə xarakter

Torpaq qrupunda sıx rast gəlinir. Həyatlarını fəda etməyi, çox işləməyi sevirlər. Təcrübəlidirlər, hər vəziyyətdə nə edəcəklərini yaxşı bilirlər. Pəhrizə qarşı zəiflikləri ola bilər. Xarici görünüşə əhəmiyyət verirlər. Onurğa problemləri yaşaya bilərlər, ani əsəb partlamaları, narahatçılıqları görülə bilər.

Dördkünc :

Üz cizgilərinə görə xarakter

Sağlam və enerjilidirlər. Od ünsürünün həyəcanı hiss edilə bilir.yeməyi sevilər amma kalorini çox tez şəkildə yandırılar. Dəri problemləri ola bilər. Kəskin bir zəkaya sahibdirlər. Ayıq-sayıq olmaları bəzən çıxılmaz vəziyyət yarada bilər. Araşdırmağı, kəşf etməyi sevirlər. Maraqlıdırlar və səhayət etməyə çox meyillidirlər.

Üçbucaq:

 

Üz cizgilərinə görə xarakter

Hava ünsürünün şübhəciliyi bəzən problem yaratsa da bəzən də həyat qurtara bilər. Yanlış başa düşməyə çox meyillidirlər. Çox çalışqan və intizamlı ola bilirlər. Inanmaq şərti ilə. Dəyişkəndirlər. Qərarsız amma çox karizmatikdirlər. Cəlbedici görnüşləri bir çox qapını asanlıqla aça bilir. 

27 iyul 2016
GO BACK