Qadin.NET / Ən gənc tələbə

Ən gənc tələbə

Ən gənc tələbə

Adətən, tələbələri yetkinlik yaşına çatmış, dünyagörüşü formalaşmış gənclər kimi təsəvvür edirik.
Lakin bəzən istisnalar olur. Öz yaşına uyğun olmayan zəkaya və biliyə malik uşaqlar (Qərbdə belə uşaqlara “vunderkind” deyirlər) böyüklərin onlar üçün hördüyü stereotip və inamsızlıq hasarlarını aşaraq tələbə adı qazanırlar. Təbiətin bəxş etdiyi fitrəti və düşüncəni maksimum istifadə edən belə istedadlı uşaqlar gələcəkdə böyük elmi nailiyyətlərə sahib olurlar.

Ən gənc tələbə

Karson Xyu Yu – Texas Universitetinin ən gənc tələbəsidir. O bu adı 11 yaşında qazanıb. Karson hələ 2 yaşında öz qeyri-adi hərəkətləri ilə diqqəti cəlb edib. Belə ki, o 2 yaşında bütöv kitablar oxuyur, 3 yaşında isə vurma-bölmə əməlləri yerinə yetirirdi.

Ən gənc tələbə

Gənc istedad 5 yaşından məktəbə getməyə başlayır. Artıq bu zaman aydın olur ki, Karson Xyu Yu öz yaşıdlarından çox irəlidədir və orta məktəb proqramı onun üçün azlıq edir. Buna görə valideynləri öz 10 yaşlı istedadlı övladının sənədlərini Texas Universitetinə verirlər.

Ən gənc tələbə

Uşağın yaşının azlığı ilə bağlı olan bəzi formal sənədlər qaydaya salındıqdan sonra Karson Xyu tələbə adını qazanır. Onun sözlərinə görə, ali müəssisənin tədris proqramı ilə bağlı heç bir problemlə üzləşmir və özündən dəfələrlə böyük qrup yoldaşları ilə normal münasibətlər saxlayır. O, ümid edir ki, təhsilini davam etdirib 20 yaşında elmlər doktoru fəxri adı qazanacaq.

Ən gənc tələbə

30 iyul 2016
GO BACK