Vyetnamlı Tong Fuokfuk 2001-ci ildə yoldaşı ilə xəstəxanada növbə gözləyərkən kabinetlərdən birinə daxil olan hamile qadınların bir müddət sonra ordan gözyaşı içində uşaqsız çıxdıqlarını görəndə çaşqın halda nə baş verdiyini anlamır.
Sonradan uşaqların abort olunduğunu başa düşəndə sarsılır: "Ana övladını necə tələf edər? Bəs körpələr dəfn olunmurmu?!" O müvafiq qrumlardan klinikanın yaxınlığında qəbristanlıq üçün yer alır.
Klinika ilə müqavilə bağlayaraq tələf edilən uşaqları orada dəfn edir. Ortaya dəhşətli mənzərə çıxır. 2 ilə 10 min uşaq məzarı!!!
Tonqun məqsədi bu idi ki, qadınlar bu mənzərəni görərək abort fikrindən daşınsınlar və o arzusuna çatdı. Qadınlar bunu ehtiyacdan, imkansızlıqdan etdiklərini dedikdə Tonq torpaq sahəsində 100 nəfər üçün nəzərdə tutulan sığınma evi tikdirir. Qadınlar abort etdirmədiyi körpəni o evə verir.
Az müddət sonra maddi vəziyyəti düzələn ana geri qayıdıb uşağını oradan götürə bilir.
Tonq uşaqlara -Ürək (Vin), Şərəf (Ton) kimi mənalı adlar verir. O, həyatını xilas etdiyi uşaqlara qayğı göstərməkdədir.
Tonq 15 ildir belə bir xeyir əməllə məşğuldur.