Bəzi insanlar fotojenik deyil və ya əfsanəvi gözəllik standartlarına uyğun olmaya bilər. Şəkil çəkdirməyi sevirmisiniz? Elə isə dinləyin! İnsan vücudu bir vasitədir. Onun üçün əllərimizi, gözlərimizi, dodaqlarımızı, qollarımızı hətta bütün vücudumuzu necə istifadə etməyi bilməyimiz lazımdır. Bu bir fərq yaradacaqdır. Şəkillərdə daha gözəl görünmək istəyən və “ mən şəkillərdə gözəl düşmürəm” deyənlərə həqiqətən işlərinə yarayacaq məsləhətlərimiz var.
1. Əllərinizin beldə olması size aqressiv göstərəcəkdir. Ona görə əlləriniz belinizdə olsa da, barmaqlarınızı göstərəcək şəkildə durun və başınızı bir az əsnədin.
2. Belinizi sıxmayın. Bu paltarınızda qıvrımlar yaradır və görünüşü pozar.
3. Əllərinizin mövqeyinə diqqət edin. Təbii olun. Kameranın önündə düz və gərgin əllərdən çəkinin. Əllərinizi sərbəst buraxın.
4. Barmaq uclarını üzünüzə bastırmayın.
5. Qollar sərbəst olmalı, amma qollarınızı asılı vəziyyətdə tutmayın. Bir tərəfə üz profili verərək vücudunuzun avantajlarını istifadə edin.
6. Gözlərdə xəta etməyin. Süzgün baxmaq və dodaqlarınızı önə çıxarmaq hər zaman yaxşıdır. Barmaqlarınıza yer verin, bir az üzünüzə toxunun və xəfif ağzınızı açın.
7. Gözlərinizi təbii halından daha qısıq baxmayın.
8. Əllərinizlə üzünüzü gizləməyin. Üzünüz bütün cizgiləriylə görünməsinə diqqət edin.
9. Əllərinizi doğru yerə qoyun. Əllərinizi sərbəst buraxın.
10. Bu sevimsiz baxış dodaqlarınızı böyük edər. Görüntü dümanca görünür. Vücudunuzu xəfif döndərin rahat bir baxış yaradın.
11. Afrikalı qəbilə başçısının həyat yoldaşı olmadığınıza görə belə bir baxış düzgün olmayacaqdır. Çənənizi bu qədər yüksəltməniz doğru deyil.
12. Əllər hər zaman rahat olmalıdır. Sadəcə bu iki şəkilə baxın və səbəbini anlayacaqsınız.
13. Boydan şəkil çəkərkən əyilib bükülmənizin sizə faydası yoxdur. Unutmayın dik və rahat bir duruş əldə etməlisiniz.
14. Boydan şəkil çəkmək üçün kiçik bir sirr verək. Vücudunuz döngəli “S” hərfinə bənzər olmalıdır. Vücud ağırlığınız tək ayaq üstə olmalı və çənə xəfif şəkildə yüksəldilməlidr.