Məlumatlı olmaq həm də təxminən silahlanmaq kimi anlaşılır bu günümüzdə də. Məlumata həm də ona görə silah deyilir ki, o lazım gəldiyi anda elə əldə açılacaq silah qədər təhlükəli ola bilir.
İndi dünyamız, həyatımız problemlərlə müharibələrlə nə qədər zəngin, qarışıq olsa da orta əsrlərdə müxtəlif ölkələrdə verilən işgəncələr haqda məlumatlarla tanışlıq insanı bir başqa cür dəhşətə gətirir. Yəni bu günkü dəhşətlərlə az qala şükür edir adam. Özü də bu işgəncələr gündəlik həyatda həm də bizi yaşatmaq üçün lazım olan vasitələrlə həyata keçirilir. Yəni oxuduqca bir də onu düşünürsən ki, yediyin hər şeyi tərsinə istifadə eləsən həm də ölümlə üzləşə bilərsən. İnanmırsınız? Buyurun tanış olun, orta əsrlərin ən dəhşətli işgəncə vasitələrini təqdim edirəm:
Su müqqəddəs həyat üçün vacib saydığımız bir şeydir. Amma həyat, yaşamaq üçün vacib olan su, həm də ölümü gətirir bəzən. Məsələn, orta əsrlərdə insanlar işgəncə vermək üçün onların ağızına su tökmək üçün qıf yerləşdirib dayanmadan mayeni insanın boğazına tökürlərmiş. Davamlı su içməksə insanın orqanizmində maddələr mübadiləsini pozur. Qıcolmaya və ölümə gətirə bilir.
Duz
İnsanların bəzən yeməyi dada gəlsin deyə istifadə etdikləri bu mətbəx təamı orta əsrlərdə Çində işgəncə vasitəsi idi. İşgəncə altında olan insana dayanmadan duz yedirirdilər ki, bu də orqanizmdə təkcə dəhşətli susuzluq yox, həm də insanın çəkisinin sürətlə artmasına xidmət edə bilən pozğunluqlar yaradır.
Ət
Gündəlik qida rassionumuzda vacib olan ət məhsulu da orta əsr işgəncə vasitələrindən olub. Dəhşətli işgəncələrin necə deyərlər banisi olan çinlilər dar qəfəslərə salınan cəzalı insanlara dayanmadan soyutma ət yedirdirdilər. Duzsuz, susuz və heç bir əlavə qida olmadan ət yemək insanı qısa bir zamanda ölümə gətirir.
Bu dəhşətli cəza vasitəsini isə iyiriminci əsrdə NKVD fəalları tətbiq ediblər. Yuxusuzluq adlandırılan cəza mexanizmi saxlanılan şəxsə bir həftə ərzində yatmağa imkan verməməkdən ibarətdir. Bir həftə davamlı olaraq yatmasına icazə verilməyən şəxsin həftə sonu psixoloji durumunda elə gərginlik yaranır ki, o, həyatı boyu etmədiyi şeyləri edəcək hala gəlir. Bundan sonra o, təkcə bildiklərini danışmır, həm də yatmasına imkan verilməsi üçün bütün dəhşətli cinayətləri törədəcək adam olur.
Yumurta
Insanın boğazını boru ilə genişləndirib bir neçə yumurtanı mədəsinə qədər itələyirlər. Qabıqlı və çiy yumurta mədədə həzm oluna bilmədiyi, həm də başqa qidaların yerləşməsinə, maneçilik törətdiyi üçün orqanizmdə kəskin ağrılar başlayır. Bəzi hallarda orqanizin müqavimətsizliyi insanın ölümünə gətirə bilir.