Qadin.NET / Bilmədiyiniz məlumatlar

Bilmədiyiniz məlumatlar

Çöl tutuquşuları Avstraliyanın çox yağıntı düşməyən düzənlik ərazilərində yaşayırlar. Suya olan ehtiyaclarını yedikləri toxumlardan qarşıladıqları üçün bu quşlar quraqlıq zamanlarında bir ay su içmədən yaşaya bilirlər. Çöl tutuquşuları üçün su çox vacibdir. Buna görə də həyatlarını iqlim şəraitinə görə tənzimləyə bilirlər. Məsələn, lazımi qədər su tapa bilmədikləri zaman cütləşməni dayandırırlar və su üçün yeni yerlər axtarmağa gedirlər. Kifayət qədər böyük gölməçə tapdıqda sürətli şəkildə yumurtlamağa başlayırlar. 

Bilmədiyiniz məlumatlar

Şübhəsiz ki, kamuflyaj sənətinin ən böyük ustalarından biri buqələmundur. Buqələmunun kamuflyaj sürəti olduqca heyrətamizdir. O, istədiyi anda olduğu yerin rənginə uyğunlaşır , beləliklə də, özünü gizlədir. Özünü təhlükəsiz mühitdə hiss etdikdə isə dərisində müxtəlif rəng çalarları əmələ gətirərək, sanki sənətkarlıq nümayiş etdirir.Rəssamın naxışı kanvaya (kanva - üzərində naxış işləmək üçün dama-dama tor) köçürməsi uzun müddət tələb etdiyi halda, buqələmun olduğu mühitin naxışını bir anda təqlid edə bilir. Üzərinə qoyulan yarpağın izi bir müddət sonra canlının dərisində eyni rəng və naxışlarla ortaya çıxır.Buqələmunun bu qeyri-adi qabiliyyətinin səbəbi bədənində xüsusi rəngə həssas hüceyrələr olmasıdır. Olduqca mürəkkəb quruluşa sahib olan bu hüceyrələr gələn işığa görə sürətlə pigmentlərini nizamlayır. 
Bu kompleks quruluş təsadüflərlə açıqlana bilməz. Buqələmunun belə bir sistemə ehtiyac duyduğu üçün bunu düşünüb hazırladığı və öz bədəninə yerləşdirdiyi də iddia edilə bilməz. Buqələmunların rəng dəyişdirmə xüsusiyyəti yaradılışın açıq dəlilidir.Allah bu nümunələrlə bizə sonsuz elmini və möhtəşəm yaratmasını göstərir. Quranın bir ayəsində buyurulduğu kimi, Allah qüsursuz şəkildə yaradandır:
O, (hər şeyi) yaradan, yoxdan var edən, surət verən Allah’dır. Ən gözəl adlar O’na məxsusdur. Göylərdə və yerdə olanların hamısı O’nu təqdis edib, şəninə təriflər deyir. O, yenilməz qüvvət sahibi, hikmət sahibidir! (Həşr surəsi, 24)
 

Bilmədiyiniz məlumatlar

Yeni doğulmuş kenquru balası lobya dənəsi böyüklüyündə olur və ayaqları hələ yeni inkişaf etməyə başlayır. Balalar doğulduqda kor olurlar. Çünki kenquru balaları ana bətnində inkişafını tamamlamadan dünyaya gəlirlər. Buna görə də ananın bədənində hazırlanmış tüklü kisə balalar üçün mühüm qorunma yeridir. Bala böyüdükcə bu kisə də genişlənir. Kisənin girişində balanın düşməyinin qarşısını alan xüsusi əzələlər vardır. Ana kenquru suya girdiyi zaman da bu əzələlər vasitəsilə suyun içəriyə dolmasının qarşısı alınır.
Kenquruların südü balaların tələbatına uyğun xüsusiyyətdə olur. Südün tərkibindəki yağ və digər birləşmələr balanın böyüməsinə və ehtiyaclarına uyğun olaraq dəyişir.
İlk bala süd əmərkən yeni doğulan ikinci bala üçün də asan həzm olunan süd verilməyə başlayır. Üçüncü bala dünyaya gəldikdə isə fərqli tərkibə malik üç süd növü istehsal edilir. Hər bala onun üçün hazırlanan südü asanlıqla tapır.
Bu qidalanma sisteminin xüsusi bir yaradılış nümunəsi olduğu açıqdır. Ana kenqurunun bu prosesləri şüurlu şəkildə tənzimləməsi qeyri-mümkündür. Bədənində üç müxtəlif növdə süd olduğundan heç xəbəri də yoxdur. Bu qeyri-adi proses kenqurunun yaradılışındakı mükəmməllikdən qaynaqlanır:
... De: “Hər şeyi yaradan Allah’dır. O təkdir, qalib gələndir.” (Rad surəsi, 16)
 

Bilmədiyiniz məlumatlar
13 iyun 2016
GO BACK