Qadin.NET / İki "Çalıquşu"nun bənzərlikləri və fərqləri

İki "Çalıquşu"nun bənzərlikləri və fərqləri

İki "Çalıquşu"nun bənzərlikləri və fərqləri

Hər birimizin sevimlisi olan "Çalıquşu" serialı ilk dəfə 80-cı illərdə ekranlaşdırılıb. İllər boyu qəlbimizdə taxt qoyan bu əsərin nəinki aktyorları, eləcə də filmin musiqisi də sevilib, sevilir.  Lakin 2013-cü ildə ikinci dəfə "Çalıquşu" serialı çəkildi. Bu iki film arasında zaman, məkan və aktyor  fərqi vardır. Bəs fərqlər təkcə bundan ibarətdirmi? Gəlin, birlikdə bu filmin bənzərliyini və fərqini tapaq.

 

İki "Çalıquşu"nun bənzərlikləri və fərqləri

Əsas qəhrəmanların xarakterləri

1986-cı ildə çəkilən filmdə Fəridə daha sərt və hisslərini ətrafdakılardan məharətlə gizlədə bilən obrazdır.  Kamran-özünə inamlı, qapalı gəncdir. Nə istədiyi, nələr düşündüyü kimsə tərəfindən anlaşılmır.

2013-cı ildə çəkilən filmdə isə Fəridə nəinki sərt, eyni zamanda başqalarını incitməkdən, qıcıqlandırmaqdan zövq alır. O buna bir oyun kimi yanaşır. Hisslərini gizlətmir, əksinə açıq aşkar biruzə verir.  Kamran isə yaraşıqlı, qızlarla necə davranmaq lazım olduğunu bilən, bəzi səhnələrdə ağlamağı bacaran, şer yazan romantik gəncdir. 

 İki "Çalıquşu"nun bənzərlikləri və fərqləri

Baş qəhrəmanın geyim tərzi

1986-cı ildə çəkilən filmdə Fəridənin geyimi daha çox avropasayağıdır. Üstdən Hicabla örtünür. Və ya yaylıqla saçlarını gizlədir. Ya da başdan ayağa çadraya bürünərək, üzünü də gizlədir. 

2013-cü ildə çəkilən filmdə Fəridə çadrada filmin cəmi bir səhnəsində görünür. O səhnədə üzünü gizlətməli idi. Qalan səhnələrdə isə başında yaylıq var, lakin saçları sinəsinə tökülmüş halda açıqdır.  Avropasayağı geyinməi sevir. Hətta uşaqsayağı geyim seçdiyi üçün Kamran tərəfindən irad tutulur.  

İki "Çalıquşu"nun bənzərlikləri və fərqləri

Fəridə və Kamranın uşaq çağı münasibətləri

1986-cı ildə çəkilən filmdə qəhrəmanlar bir-birlərinə daha soyuq davransalar da, istəksizdirlər. 

2013-cü ildə çəkilən filmdə isə münasibətləri daha istidir və təsirlidir. Üstəlik bir-birlərinə sevgi etirafı belə etmək fürsəti tapırlar. 

 İki "Çalıquşu"nun bənzərlikləri və fərqləri

Kamranın işi

1986-cı ildə çəkilən filmdə Kamran əvvəlcə işləmir. Daha sonra Avropaya iki illik diplomatik səfərə yola düşür. Orada eşq macərası yaşayır və bundan Fəridə xəbər tutur. Beləcə ayrılırlar.

2013-cü ildə çəkilən filmdə uşaq çağında hərbiçi-həkim olan atasını itirən Fəridə Kamrandan xahiş edir ki, həkim olsun və insanları xilas etsin.  Belə də olur. Kamran dövlət xəstəxanasında həkim işləyir.  Tezliklə işində bəzi təcrübələr etməyə başlayır. Buna qanköçürmə də daxildir. Buna görə qanunla bağlı problemlər yaşayır. Bir müddət sonra Fəridə oxuyan pansionda tibbdən dərs keçir.

İki "Çalıquşu"nun bənzərlikləri və fərqləri

Əsas mənfi qadın obrazı

1986-cı ildə çəkilən filmdə dul Nəriman Kamranın sevgilisi rolunda çıxış edir. Bu eşq macərasından xəbər tutan Fəridənin həyatı alt-üst olur. Lakin Nəriman qısa müddət ərzində Fəridə və Kamranın həyatından yox olur. O başqa birinə ərə gedir.

2013-cü ildə çəkilən filmdə isə Nəriman ilk seriadan Fəridə ilə Kamranın birləşməsinə əngəl olur, Kamranı geri qazanmağa çalışır. 

İki "Çalıquşu"nun bənzərlikləri və fərqləri

Əsas mənfi kişi obrazı

1986-cı ildə çəkilən filmdə elə obraz yoxdur ki, onu mənfi qəhrəman adlandıraq. 

2013-cü ildə çəkilən filmdə isə Səlim adlı həkim obrazı peyda olur. Kamranla birlikdə işləyən bu həkim sevənlərə bir neçə tələlər qurmaqla yadda qalır. Fəridəyə aşiq obrazdır.

 İki "Çalıquşu"nun bənzərlikləri və fərqləri

Şokolad

1986-cı ildə çəkilən filmdə Kamran hər gəlişində Fəridəyə şokolad karobkası gətirir. O da şokoladları pansion yoldaşları və hətta tərbiyəçiləri ilə bölüşür. 

2013-ci ildə çəkilən filmdə isə Kamran yenə şokolad gətirir. Ancaq bu şokoladlar Fəridəni heç də sevindirmir. Onun həyatında kədərli nəsə baş verəndə şokolad verildiyindən xatirəsində kədərli iz qoyur. Hətta Səlim adlı obraz şokolad vasitəsi ilə Fəridəni zəhərləmək istəyir. 

 İki "Çalıquşu"nun bənzərlikləri və fərqləri

Evlilik təklifi

1986-cı ildə Kamran Fəridəyə evlənmək təklifini yellənçəkdə yellənərkən edir. Fəridə də dərhal razılaşır. 

2013-cü ildə çəkilən filmdə isə yellənçəkdə bir-birlərinə sevgi etirafı edirlər. EVlilik təklifini isə Kamran Fəridənin buraxılış günündə edir. O isə bir neçə seriya sonra təklifi qəbul edir. 

 

İki "Çalıquşu"nun bənzərlikləri və fərqləri

Xüsusi effektli sənhələr

1986-cı ildə çəkilən filmdə belə səhnə yoxdur.

2013-cü ildə çəkilən filmdə isə tez-tez dalaşma anları olur. Bir səhnədə qəhrəman nərdivandan yıxılır. Həm də qəhrəmanlar tamamilə eyni yuxu görürlər.  

9 iyun 2016
GO BACK