Qadin.NET / Sözün gücü

Sözün gücü

Sözün gücü

Bir gün gənc Tomas Edison məktəbdən evə qayıdır və müəllimin yazdığı məktubu anasına verir.
Ana həmin məktubu oğluna ucadan oxuyur, ana həm də ağlayırdı: "Sizin oğlunuz zəkalıdır. Bu məktəb çox kiçikdir və burada ona nəyisə öyrətməyə qadir olan müəllim yoxdur. Zəhmət olmasa, ona özünüz dərs deyin". 
Anasının ölümündən illər keçdikdən sonra (Bu dövrdə artıq Edison əsrin ən böyük ixtiraçılarından biri idi) keçmiş ailə arxivini gözdən keçirirdi. Birdən həmin məktubu tapdı. Məktubu açıb oxudu:

"Sizin oğlunuz - ağıldan kəmdir. Biz daha bu məktəbdə ona digərlərilə ilə birlikdə dərs deyə bilmərik. Buna görə də ona öz evinizdə müstəqil şəkildə dərs deməyinizi məsləhət görürük".
Edison bir neçə saat hönkürtü vurub ağladı. Sonra öz gündəliyinə yazdı: "Tomas Alva Edison ağıldan kəm uşaq idi. Qəhrəman anasının sayəsində öz dövrünün ən böyük ixtiraçılarından biri oldu".

26 may 2016
GO BACK