Qadin.NET / "Basketboll" qız

"Basketboll" qız

"Basketboll" qız

Bu, Çyan Honqyan (Qian Hongyan) adlı bir qızın qeyri-adi həyat hekayəsi haqqındadır. O, olduqca kasıb ailədə doğulmuşdu. Üstəlik dörd yaşı olarkən qəzaya düşərək iki ayğını itirmişdi. Onun valideynləri kasıb idi və protez almaq imkanları yox idi. Buna görə də qərara gəldilər ki, bir basketbol topunu kəssinlər və qızı onun içinə yerləşdirsinlər. Bununla da qızları üçün daha rahat olsun.

Maraqlısı odur ki, basketbol topunun içində böyüyən qız dünyaya ikrah gözü ilə baxmadı, əksinə o, həmişə həyat nikbin yanaşırdı və bu abu-havanı bütün ömrü boyu saxlamağa müvəffəq olmuşdur. Valideynləri dəfələrlə qızlarının onların yanına gələrək “narahat olmayın, hər şey yaxşı olacaq” deməsinin və valideynlərini bu kasıbçılıqdan çıxaracağına dair işlətdiyi sözlərlin şahidi olurdular. İndi özünüz düşünün, insanın qəlbi nə qədər parlaq olmalıdır ki, basketbol topunun içində olmaqdan əlavə, özünü deyil, valideynlərini düşünsün?! 

"Basketboll" qız

Çyan elə bu cür halda məktəbə gedir, dərslərini öyrənir və basketbola gedirdi. Axı özü də nahaq yerə bu topun içində yaşamırdı. Heç şübhəli də deyil ki, o, Çinin paraolimpiya yığmasının məşqçisinin diqqətini çəkə bildi və nəticədə bu məşqçi qızı üzgüçülüyə yönəldir ki, nəhyət Çyan bütün bacarıqlarını göstərərək ona göstərilən etimadları doğruldur. Çyan yığmaya qatılan kimi iştirak etməyə, çoxlu sayda müsahibələr verməyə, müxtəlif televiziya şoularında iştirak etməyə başlayır. İlkin pullar gəlməyə başlayır. Sponsorlar bu qıza xəsislik etmədən yaxşı pullar verirdilər. Bax belə, həmişə üzü gülən Çyan həmişə deyirdi ki, ola bilər, həmin travma və qəza olmasaydı, öz ailəsilə birlikdə həmin xarabalıqda yaşayacaq və heç vaxt kasıbçılıqdan qurtulmayacaqdı. Bəs sən həyatından narazısanmı? Özünü bədbəxtmi sayırsan?


Hazırladı: Fərid Abdullah

19 may 2016
GO BACK