Qadin.NET / İpək qurdu

İpək qurdu

Hal-hazırda istehsal səviyyəsi çox aşağı olan baramaçılıq Sovet dövründə çox inkişaf etmişdir. Dünyanın ən gözəl və keyfiyyətli ipəkləri Azərbaycanda və xüsusən də Şəkidə olurdu. Şəki ipək kombinatının istehsal etdiyi ipək dünyanın dörd bir yanına səs salmışdı. Hal-hazırda həmin kombinatın kiçik bir hissəsi fəaliyyət göstərir. İpək barama qurdu və ya ipək qurdu kimi tanınan tırtılın istehsal etdiyi baramadan əmələ gəlir.

İpək qurdu

 

İpək qurdu

Sovet dövründə kolxozlar hər bir kəndliyə bir neçə qram ipək qurdu verirdi (2-3qr). Bu ipək qurdu kiçik bir qutuda verilirdi(kibrit qutusunda). Həmin qutuya xırdalanmış yarpaq tökülürdü. 1-2 gün sonra qutunun həcmi böyüdülür və daha çox xırdalanmış yarpaq tökülürdü və beləliklə daha böyük miqyasda artırılırdı. İpək qurdu tut yatpağı ilə qidalanır. Buna görə kəndlərdə xüsusi tut bağları salınırdı. Əvvəlcə yarpaqlarını qırırdılar sonra isə budaqları qırırdılar. Həmin o qırılan budaqları böyük bir otağın divarlarına düzürdülər və tırtılları otağa qoyurdular. Hər bir budağın üstündə 100-ə yaxın tırtıl olurdu. Və onların xışıltısı otağı bürüyürdü.

İpək qurdu

 

İpək qurdu

Qeyd edim ki, bu tırtıllar üçün keçmişdə xüsusi otaqlar tikilirdi. Və beləliklə tırtıl özü ətrafında özünə yuva qurur. Bu qurulan yuva barama adlanır. Tırtıl öz ətrafında yuva qurur və özü həmin yuvanın içində qalaraq tələf olur. Bu zaman baramaları tut ağacının budaqlarından götürərək təmizləyirlər. Barama budaqlara tor kimi yapışır. Bu baramanı həmin tordan təmizləyib kombinata təhvil verirlər. Qeyd edim ki, bu qısa bir müddətdə olmalıdır. Çünki barama 4-5 gün qalarsa, kəpənəyə çevrilərək baramanı deşir və uçur. Buna görə iməclik keçirilir və qohum-qonşuda olan bütün qadınlar, uşaqlar birlikdə baramanı təmizləyib təhvil verirlər. Və bunun müqabilində dövlətdən pul alırlar.

İpək qurdu

 

İpək qurdu

Onu da qeyd edim ki, barama ağ rəngdə olur və ölçüsü tırtılın ölçüsünə uyğun olur. Kombinatda isə bu baramaları qaynar suya töküb, xüsusi aparatlar vasitəsi ilə ipəyə çevirirlər. İpəkdən isə cürbəcür parçalar və xüsusi ilə kəlağayı istehsal olunur. Növbənöv, rəngbərəng kəlağayılar hal-hazırda Şəkidə mövcuddur.

8 may 2016
GO BACK