Fotoqraf Casten Bartels öz "İz" adlı fotoproyektində əslində qadınların gözəllik üçün hansı əziyyətə, hansı qurbanlara getdiyini təsvir etmək istəyib. Mən də bu şəkilləri sizə təqdim edirəm. Məqsədim ideal görünmək üçün nələrə dözdüyümüzü nümayiş etdirməkdir.
Diqqətlə baxın... Karset bədənimizdə necə dərin iz qoyur. İncə belimiz olsun deyə, dözdüyümüz ağrıya baxın.
Büsthalterin yeri daha dərindir.
Bir daha karsetin izi.
Gözəlliyin tələb etdiyi qurban.
Dar cins şalvarın ayağımızdakı izi.
Canımızı yandıran izlər...
Etiraf edək ki, bu izlərin yeri qaşınır.
Alt paltarının qoyduğu iz.
Ən çox ağrı verən izlərdən biri də ayaqqabının qoyduğu izlərdir. Ağrısı çəkilməzdir.