Foksyorların qeyri-adi göstərişləri hər birimizdə maraq doğurur. Buna heç şübhə də etmirəm. Məhz bu qeyri-adilik deyə düşündüyümüz "foks"ların əslində çox adi cavabı olduğunu bilirdizmi? Gəlin birlikdə öyrənək. İnanın ki, bu zamanadək anlamadığınıza təəccüb edəcəksiniz.
İlk şəkildən başlayaq. Hər birimiz foksyorların köməkçilərini uzun qutuya uzatdığını və qutunu iki yerə böldüyünü görmüsünüz. Üstəlik qan belə çıxmadan iki hissəyə bölünmüş qız rahat şəkildə ayaq da yellədir, əl də. Əslində qutuda başqa bir xanım olur. Və sizin gördüyünüz ayaqlar o görünməyən xanımın ayaqlarıdır. Foksyorların iki asistenti olur. Unutmayın.
Şəkilə diqqətlə baxın. ELə bilirsiniz i, pulu iki yerə bölüb sonra bütövləşdirmək mümkündür? Əlbəttə ki, xeyir. Burada tək sirr karandaşın maqnitli olmasındadır. Kağız asanlıqla ondan keçə bilir.
Küçədə çox güman ki bu cür dayanan, hətta saatlarla yerindən tərpənmədən dayana bilən şəxsləri qeyri-adi gücə sahib olduqlarını çox düşünmüşük.
Ancaq bütün sirr gizli masadadır. Diqqət edin. Mütləq anlayacaqsız.
Bu foksu bir çoxunuz görmüş olarsınız. Masa üzərinə stəkan qoyulur və yaylıqla üzəri örtülür. Stəkan örtünün altında qalır. Foksyor onu qaldırır və qəfildən izləyicilərin üzərinə atır, lakin stəkan gözə görünmür. Masanın üstü boş qalır. Bəs stəkan hara yoxa çıxır? İş burasındadır ki, örtünün üzərinə stəkanın ölçüsündə dairə tikilib. Və foksyor bununıa sanki stəkanın örtü altında olduğunu illuziya vasitəsi ilə bizə çatdırır. Masadakı əsl stəkan isə masanın gizlin deliyinə düşür. Bütün sirr bundan ibarətdir.
Ziq-zaq qadın adlanan bu foks bir çoxumuzu heyran edib. Diqqətlə baxın, heç xanım qutuların içində narahatdır???
İlluziya yaratmaq hər foksyorun işi deyil. Yetər ki, izləyici diqqətli olsun.