Qadin.NET / Xanımları bəylərdən fərqləndirən vərdişlər

Xanımları bəylərdən fərqləndirən vərdişlər

 

Çoxlarının dərd yeri olan qadın və kişi vərdişləri bu gün xəbərimin əsasını təşkil edəcək.  Bizlər haqqında çox danışılıb, çox bəhs edilib, cild-cild kitablar yazılıb. Ancaq hələ bu cür nümünələrlə izah edən olmayıb. Gəlin birlikdə baxaq, görək, biz qadınlarla kişilərin fərqi nələrdə daha aydın seçilir. 
Xanımları bəylərdən fərqləndirən vərdişlər
İlk pillədə saç baxımıdır. Biz xanımlar saçımızın rəngindən, kəsiminə kimi küllü miqdarda pul ödədiyimiz halda, kişilər maksimum 10 manatla hər şeyi həll edirlər.
Xanımları bəylərdən fərqləndirən vərdişlər
İkinci pillədə aynadakı əksimizdir.  Kişilər üçün bədən neçə olur olsun, güzgüdə özünəinamlı və cəsarətlidirlər. Biz xanımlar isə artıq çəkimiz olmadığı halda belə 1qramlıq piyin dərdini çəkər, təcili pəhriz saxlayarıq. 
Xanımları bəylərdən fərqləndirən vərdişlər
Ən maraqlı pillədəyik. Sevgililər ayrılarkən ən çox üzülən qızlar olur deyirlər. Ancaq biz xanımlar ən çox bir ay göz yaşı axıdarıq.
Bir ay sonra o göz yaşlarını bizdən ayrılan, qədrimizi bilməyən, gözəlliyimizə, insanlığımıza, sevgimizə dəyər verməyən kəs axıdar. 
Xanımları bəylərdən fərqləndirən vərdişlər
Bu həqiqət də danılmazdır. Biz heç zaman vaxtında hazır ola bilmirik. Nə isə olar ki, gecikək. Məsələn kişilər sadəcə əyinlərini geyindikləri halda, biz xanımlar həm özümüzü, həm də övladlarımızı hazırlamalı oluruq. Bu prosesi heç bir kişiyə asan görünməsin. Bir yerə getmək lazımdırsa, bir saat deyil, iki saat deyil, ən azı beş saat və ya bir gün əvvəldən deməyiniz məsləhətdir. 
Xanımları bəylərdən fərqləndirən vərdişlər
Sosial şəbəkədə hər zaman xanımlar, bəylərdən məşhur olur. Dostluq təklifi də, mesaj da ən çox xanımlara göndərilər. 

Hər şey göz önünədir. Biz adi iş masamızı səliqəli, manitor ekranını isə dağınıq edə bilərik. Bu bizə daha rahatdır. 

Xanımları bəylərdən fərqləndirən vərdişlər
Bu barədə isə söhbət açmağa dəyməz. 
2 may 2016
GO BACK