Qadin.NET / Hansı səbəbdən kişilər ata olmaq istəmirlər?

Hansı səbəbdən kişilər ata olmaq istəmirlər?

Daha kiçik yaşımızdan əlimizə kukla verilən biz qadınlar kişilərə nisbətən uşaq sahibi olmağa daha çox meylliyik.Biz qadınlar kuklarımızı götürüb "evcik-evcik" oynayarkən,kişilər avtomobil,tapança,müxtəlif loqolarla oynayaraq atalıq duyğusundan fərqli bir oyun tərzi ilə böyüyürlər.Uşaqlıq dövründən çıxıb yeniyetməlik dövrünə qədəm qoyan gənc qızlar da oğlanlara nisbətən ana olmağa daha istəkli olurlar.Təbii ki,hazırki dövrümüzün təhsil sistemi,sosial mədəni inkişafı,karyera qurmaq arzusu və s. kimi faktorlar gənc qızların körpə sahibi olmasını daha sonrakı zamanlara təxirə salır.Lakin yenə də,körpə sahibi olmaq istəyi mövzusunda kişilər qadınlara nisbətən bu məsələyə soyuq baxırlar.

Hətta ailə qurduqdan sonra belə uşaq sahibi olmağı istəməyən və ya bunu təxirə salmağa çalışanların sayı da az deyildir.Statistikaya görə boşanmaların 5%-i kişilərin ata olmaq istəməməsi səbəbindən irəli gəlir.Amma statistikya baxmasaq,onsuz da kişilərin 93%-i ata olmaqdan qorxurlar.Ta ki,sevimli körpələri dünyaya gəldikdən sonra  sevinclərindən göyün yeddinci qatında olanadək. smile

Sual:

Hansı səbəbdən kişilər uşaq sahibi olmaq istəmirlər?



Gəlin səbəblərə birlikdə baxaq:

Ata olmaq istəməyən kişi:

1. Uşaqlığından qazandığı psixoloji travmalara görə belə edə bilər.Xüsusilə,ana-atanın erkən yaşda ayrılmışsa,itki,ölüm varsa,pansionda böyümüşsə,uşaq sahibi olma məsələsinə maneə yaradan səbəblərdəndir.

2.Evləndikdən sonra özünü gənc dəliqanlı hesab edən kişi Ata olduqdan sonra yaşlanacağını düşünür.Belə kişilərə psixoloqlar infantil deyirlər.Yəni,onlar özlərində hələ də uşaqlıq dövrünün xüsusiyyətlərini daşıyırlar.Və,uşaq arzusunda olan xanımına adətən: "Əzizim,mən hələ uşaq istəmirəm,bəlkə bu gələcəkdə ola bilər,amma indi qəti olmaz."-deyirlər.

3.Hələ Ata olmağa tam hazır deyildir.Bu fikrin öze belə,onu depressiyaya düşürür.Belə bir məsuliyyətin altına girmək istəmir.

4.Maddi vəziyyət.Kişinin hesablamasına görə uşaq sahibi olmasına onun pulu yetməyəcək.

5.İçində yaşadığı cəmiyyətdən təzyiq görürsə,"evlənibsə,mütləq övlad sahibi olmalıdır.",prinsipinə uyğunlaşmaq istəmir.

6.Sonsuzluq.

Bu səbəbləri artırmaq da olar.

Fikrimcə Azərbaycanda belə problem demək olar ki,yox dərəcəsindədir.Məşhur aktrisamız Afaq Bəşirqızının "Bəxt üzüyü" filmində dediyi kimi "Bizlərdə ildə ikisini doğmayana belə bir təhər baxırlar e" wink

Amma mən bu məlumatları yenə də Qadin.Net istifadəçilərinə çatdırmağı lazım bildim.Bəlkə gərək oldu.

Allah istəkli olan hər kəsi tezliklə övlad sahibi etsin! Amin!

10 iyun 2011
GO BACK