Qadin.NET / Göz hərəkəti nədən xəbər verir?

Göz hərəkəti nədən xəbər verir?

Göz hərəkəti nədən xəbər verir?

Gözlər qəlbin aynasıdır ifadəsi əbəs yerə deyilməyib. Gözlər insanın emosional və zehni vəziyyəti haqqında məlumat verir.

Göz təmasınızın qarşı tərəfə nələr ötürdüyünü bilirsinizmi?

Göz sağa- yuxarı doğru baxırsa, vizual quruluş verməklə məşğuldur. Göz əgər yuxarı baxırsa, beyində olmayan məlumatı təsvir etməkdir. Məsələn, əvvəllər görmədiyi insanları, əşyaları, yaşanmayan hadisələri,baş verən hadisələri insan dəyişdirmək istədikdə gözlər sağa – yuxarı tərəf baxır.

Sola-yuxarı tərəf- gözlər sola- yuxarı doğru baxarsa, deməli beyində yaddaşda olan məlumatları xatırlayıb. Daha əvvəl görülmüş insanları, əşyaları, yaşanmış hadisələri vizual xatirələrdə canlanır. Məsələn, sevən insanın sevdiyini xatırlaması, uşağın oyuncağını xatırlaması yaxud da hansısa rənglərin xatırlaması.

Sağ tərəfə (qulaq istiqamətinə doğru)

İnsanların sağ tərəfə baxmaları hansısa daha əvvəl eşitmədiyi səsin təsəvvür etməsidir. Məsələn, qatarın səsi, hansısa bir quşun cəhcəhəsi və s.

 

Sol tərəfə (qulaq istiqamətinə doğru) 

insanların sol tərəfə baxmaları daha öncə eşitdikləri səsi yada salmasıdır. Əvvəllər eşitdiyi, yaşadığı xatirələrə aid səsləri xatırlamağa çalışır. Məsələn, dostunun səsi, anasının layla səsi, daha öncə dinlədiyi musiqinin səsi.

Sağa- aşağıya tərəf

insanların sağa- aşağı tərəf baxmaları bu həssas, emosional hissləri ilə əlaqəyə girməyini göstərir. İnsan həmin şeyi hiss edir.

Məsələn ( pişiyin tükünün yumşaqlığını, ayağımızla çayda gəzdikdə) 

Sola- aşağıya tərəf

insanın sola aşağıya tərəf baxması daxilində özü ilə danışdığını göstərir. Yəni insan özü ilə dioloqa girib.

Qorxduğumuzda və ya utandığımızda yerə tərəf baxmağımız kinestetik hisslərimizi ifadə edir. Dad? Qoxu hisslərini yaratmaq yox, hiss etmək olar. Səhv qərar verdiyini düşünən insanlar problemi həll etməyə çalışanda bu formada davranırlar.

18 aprel 2016
GO BACK