Bütün dünyada olduğu kimi, son zamanlar bizim ölkədə də, tez-tez böhran haqqında danışılır: iqtisadi böhran, siyasi böhran, maliyyə böhranı. Bu söz asanlıqla bizim leksikonumuza daxil olub və insanların əksəriyyəti tərəfindən mənfi hal kimi qəbul olunur. Eyni zamanda, pozitiv yanaşmasi ilə fərqlənən digər təbəqə də mövcuddur, onlar böhranı yeni nailiyyətlər üçün, demək olar ki, ən əlverişli mərhələ hesab edirlər.
Əgər “böhran” sözünün etimologiyasına diqqət yetirsək, görərik ki, bu söz çox tarixi məna kəsb edir və ən əvvələr heç bir mənfi məna daşımırdı. «Böhran (yunanca-həll etmə, dönüş məntəqəsi, çevriliş, dönüş vəziyyətinin zamanıdır, dəyişiklik) - elə bir vəziyyətdir ki, məqsədə çatmaq üçün mövcüd olan üsüllar qeyri-adekvat olur və nəticədə gözlənilməyən vəziyyət yaranır» (Wikipediya.org)
Mən böhranı ilkin mənası prizmasından qəbul etməyin tərəfdarıyam, ona görə ki, keçid vəziyyətinin nəticəsi fərqli ola bilər, həm pozitiv, həm neqativ. Əsas odur ki, vəziyyəti düzgün qiymətləndirmək, heç olmazsa, cəhd etmək.
Sahibkarlıq Azərbaycanda çox cavandır. SSSR-i dağıldıqdan sonra təxminən 25 il əvvəl ölkəmiz bazar iqtisadiyyatı rejiminə keçmişdir. Qərb ölkələrilə müqayisə etdikdə, neçə əsrlərdir ki, bazar iqtisadiyyatı şəraitində yaşayırlar, sahibkarlıq bazasının dayanıqlığını əldə olunmuş təcrübələrlə möhkəmləndirmək üçün bu çox kiçik zamandır.
Ayrı-ayrı istiqamətlərdə sahibkarlığın maliyyələşdilirməsi üzrə 16 il iş təcrübəsi olan bir mütəxəssis kimi deyə bilərəm ki, Azerbaycanda iş adamları əksər hallarda öz bizneslərini sınama və səhvlər metodu ilə inkişaf etdirirdilər. Bu özü də təbii bir prosesdir, belə ki, sadəcə olaraq, mərkəzləşdirilmiş iqtisadiyyatdan bazar iqtisadiyyatına keçid olduqca mürəkkəb prosesdir. Hər şeydən əvvəl mentalitetə uyğun olaraq mürəkkəbdir. Əgər yuxarıda göstərilənlərə yüksək akademik təhsilli ixtisaslaşdırılmış menecerlərinin yoxluğunu da əlavə etsək, onda mənzərə tam aydın görünər.
Biznes aparılan bazarda iqtisadiyyat yüksəlmədə olduğu halda, biznesdə neqativ təsirli səhvlər yüksək marjalarla tarazlanır və bu səbəbdən “gönüqalınlıq” yaranır. Bu da öz növbəsində, sahibkarlara aldadıcı təsir göstərir. Belə ki, vaxt keçdikcə onlar iş fəaliyyətlərinin müəyyən aspektlərində mühüm səhvləri görmürlər: biznes proseslərinin gedişində, maliyyə uçotunda, xərclərin qeyri -rasionallığında, kadr məsələsində və s. yüksək marja bütün itkiləri örtür.
İqtisadi vəziyyət zəifləyəndə və əhalinin alıcılıq qabiliyyəti azalanda, hər şey kardinal olaraq dəyişir. Bax burada müxtəlif bizneslərin bütün əyrilikləri üzə çıxır. Hər şey satışların zəifləməsi ilə başlayır. Satışların zəifləməsi isə likvid vəsaitlərinin azalmasına gətirib çıxarır. Bu da öz növbəsində, öhdəliklərin yerinə yetirilməsində maneçilik törədir, xərclərin ixtisar edilməsi başlayır, bu da bir qayda olaraq, işçilərin ixtisarına səbəb olur. İşçilərin ixtisarı kəmiyyət və keyfiyyətə təsir göstərir və bu da satışları bir qədər də azaldır və s. çıxılmaz vəziyyət yaranır.
Bu gün analojı vəziyyəti öz bazarımızda müşaidə edirik. Neftin qiymətinin kəskin surətdə aşağı düşməsilə ölkədə iqtisadi vəziyyət (hələ də əsas gəlir neft gəlirləri ilə bağlıdır) olduqca mürəkkəbləşmişdir. Belə bir vəziyyət milli valyutanın kursuna, ölkənin büdcəsinə, əhalinin gəlirliyinə və bank sisteminə ciddi təsir göstərdi. Belə desək, maliyyə-iqtisadi böhran (böhran) baş verdi.
Satışlar azalır, kreditlər isə boğur. Əksər yerli sahibkarlar belə bir vəziyyət qarşısında aciz qalıblar. Yaranan vəziyyətdən sahibkarlar yalnız iki çıxış yolu düşünürlər: ya biznesi bağlamaq (buna əmin olmaq üçün, bir il əvvəl əlçatmaz sayılan yerlərdə, hal hazırda isə çoxlu sayda icarəyə təklif olunan kommersiya əmlaklarına diqqət yetirmək kifayətdir) və yaxud qiymətləri həddindən çox artırmaq. Hər iki düşüncə nəticədə nə sahibkarların, nə də bazarın inkişafının irəli getməsini təmin edə bilməz.
Belə bir vəziyyətdə sahibkarlara yüksək ixtisaslı mütəxəssislərin köməyi mütləq lazımdır. Bu şəkildə köməyin müəyyən olunmuş adı var - “böhran menecmenti”. Lakin bu günə kimi, Azərbaycanda bu növ xidmətlərə tələbat müşahidə olunmurdu. Beləliklə, konsalting bazarında yeni segmenti demək olar ki, sıfırdan yaratmalıyıq. Bu prosesin çox maraqlı olması gözlənilir.