Qadin.NET / Ningen-qeyri-adi varlıq!

Ningen-qeyri-adi varlıq!

Ningen-qeyri-adi varlıq!

1) Ən uzun adlı balıq adı - Çütrə balığı Havayda humuhumunukunuku-apuaa adıyla tanınar. 

Ningen-qeyri-adi varlıq!

2) Şəkildə gördüyünüz meduza növü dünyadakı yeganə ölümsüz varlıqdır (İmmortal Jellyfish).

Bölünərək kiçilmə qabiliyyətinə malikdirlər. Öz "cavanlığı" və "qocalığı" arasında dövr edir, beləliklə heç vaxt ölmür.

3) 3 həftə ərzində buz qabında dondurulan bir əqrəb buz əridildiyində yeriyib normal həyatına davam edər.

4) Qarışqalar üzərində aparılan araşdırmalar nəticəsində məlum olmuşdur ki, qarışqalar da insanlar kimi döyüşlər aparırlar. Hətta zəif qarışqaları öndən göndərmək kimi taktikaları da işlədirlər. 

Ningen-qeyri-adi varlıq!

5) Nə bir insana, nə də bir dəniz canlısına bənzəməyən, 1990-cı illərdən Antarktidanın soyuq sularında Yaponiyalı balina tətqiqatçıları tərəfindən müşahidə edilən Ningen'lər əfsanəsi 1900-cu illərə qədər gedir. Ningen sözü yapon dilində ‘insan, insana bənzər’ mənasını verir.

İnsana bənzər, insan kimi qolları və ayaqları olmasına baxmayaraq Yer üzündəki heç bir canlıya bənzəmirlər. Kamera görüntüləri YouTube’da vardır (istəyən axtarışa verib, baxa bilər), hətda Google Earth xəritəsinə belə düşdüyü və sonrada silindiyi deyilir. Digər dəniz canlılarından fərqli olaraq həddindən çox böyükdürlər (20-30 m arası, uşaqları isə 5 m) və ağ rəngdədirlər. Suyun soyuq və dərin yerlərində üzürlər, ən çox suyun 30 m dərinliyinə qədər gəlirlər və ordan heçvaxt yuxarıya qalxmırlar.

Balina tətqiqatçıları ilk dəfə Ningen’lə qarşılaşanda onun sualtı qayıq olduğunu düşünmüşlər. Bu sahədə araşdırmalar davam etdikcə onların sayının daha da artdığı müşahidə edilmişdir.

1982-ci ilin yaz aylarında General-mayor Gennady Zverev ilə birlikdə Mark Shteynberg, Türküstan və Orta Asiya hərbi bölgələrində tez-tez müşahidə olunan giqant su altı varlıqları araşdırmaq üçün xüsusi təlim görmüş dalgıçlardan ibarət bir qrup yaradırlar. Dalgıçlar həmin ərazidə tez-tez təlim dalışı edirdilər. İlk araşdırmalar Issık Kul Gölü, Transiliysk Ala Tau ərazisindəki dərin su göllərində olmuş ama nəticə əldə olunmamışdır. Daha sonra araşdırmalara general V.Demyanko’da qatıldı. Araşdırmalara Baykal gölü ve Qərbi Sibirdə davam edildi. Nəhayət burada Ningen görüldü və yuxarıdan gələn əmrlə 7 xüsusi təlim görmüş dalğıc oraya göndərildi, lakin dalğıclar bilinməyən bir güc tərəfindən dənizdən qırağa fırladıldı. Bu güclü təzyiq nəticəsində dalğıclardan 3-ü hadisə yerində öldü, 4-ü isə ağır vəziyyətdə xəstəxanaya çatdırıldı.

1950-1960-cı illərdə isə Ukrayna sahillərində Sovetlərə məxsus dənizaltı onların tam üzərinə iri bir cismin gəldiyini qeydə aldı, sonra səs dalğalarına əsasən bunun nə bir balına nə də sualtı qayıq olduğu nəticəsinə gəldilər. Periskop vasitəsiylə görülən Ningen idi. Dəniz altıdan belə sürətli üzən Ningen suyun dərinliklərinə gedərək gözdən itdi.

Buzlaşma dövründən qalan, qlobal istiləşmə nəticəsində buzların əriməsiylə yenidən sulara qayıdan bir varlıq olduğu güman edilir.

13 aprel 2016
GO BACK