Qadin.NET / "Ig Nobel" mükafatı

"Ig Nobel" mükafatı

 

"Ig Nobel" mükafatı

 

"İg Nobel Prize (ing: "ignoble" - biabırçı) həqiqi Nobel mükafatlarının verilməsindən bir həftə qabaq ənənəvi olaraq lazımsız, faydasız kəşflərə verilir. 
Mükafat Maks Abraham və "Qəribə tədqiqatların səlnaməsi" adlı yumoristik jurnal tərəfindən 1991-ci ildə təsis edilmişdir. Bir qayda olaraq Harvard universitetində düzənlənən mərasimdə verilən antimükafat əsl Nobel mükafatı laureatları tərəfindən təqdim olunur. İgNobelin verilməsi proseduru da adına uyğun şəkildə təşkil olunur. Harvardın Sanders Teatrının 1166 yerlik zalında kağız təyyarələr uçuşur. Laueratların çıxışı 60 saniyədən çox olmamalıdır. Laureat 60 saniyədən çox danışdığı halda Sviti Pu adlı səkkiz yaşlı qızcığaz cır səslə qışqırır: "Xahiş edirəm, bəsdir!". Amerika televiziyası və radiosu mükafat mərasimini birbaşa məruzə edir və bütün dünya mətbuatı günlərlə bu hadisə haqqında danışır.

 

"Ig Nobel" mükafatı

 

 

2010-cu ildə Yeni Zelandiyalı fiziklər qarlı-buzlu ölkələr üçün çox aktual eksperimentlər aparmışlar. Nəticədə onlar belə qənaətə gəlmişlər ki, əgər corabları ayaqqabının üstündən geysən, buzun üstündə sürüşüb-yıxılmazsan. 
2006-cı ildə Mak-Hill universitetinin alimi P.Brass «Ağacdan düşən kokosların yetirdiyi xəsarətlər» elmi araşdırmasına görə mükafatlandırılmışdır. Prinston universitetinin professoru Daniel Oppenqeymer öz nitqində jarqon və mürəkkəb tərkibli eruditlər haqqında dərc etdirdiyi məqaləyə görə bu şərəfə layiq görülüb. O, belə qənatə gəlmişdi ki, çox çətin oxunan mətnləri, adətən, yüksək intellekti olan müəlliflər yazırlar. 

 

"Ig Nobel" mükafatı

 

2007-ci ildə Barselona universitetinin alimləri Xuan Toro, Jozel Xuan, Nuriya Qalles sübuta yetirmişdilər ki, siçovullar tərsinə səsləndirilən yapon sözlərini tərsinə səsləndirilən holland sözlərindən fərqləndirə bilmir. Nəticədə təntənəli surətdə "İg Nobel" almışdılar. Hətta bir tibb həkimi olan Donald Anqer 50 il boyunca yalnız sol əlindəki barmaqlarını şıqqıldatmış, sağ əlindəkiləri heç şıqqıldatmamışdı. 50 illik işinin nəticəsində əllərinin əsməsində hər hansı bir fərqlilik olmadığını ortaya qoymuş və 2009-cu ildə Tibb sahəsində "Ig Nobel" Mükafatını qazanmışdı.
"İg Nobel"ə layiq görülənlər, adətən, bu mükafatı təşkilatçıların əlindən şəxsən alırlar və buna kifayət qədər yumorla yanaşmağa çalışırlar.

12 aprel 2016
GO BACK