Qadin.NET / Kəşf edilmiş güzgü

Kəşf edilmiş güzgü

 

Kəşf edilmiş güzgü

 

Günümüzdən 4 min əvvəl, Şumerlər, Hindlilər,  Misirlilər və  İtaliyanın şimal seqmentlərində, yanardağ lavalarının parlaq artıqlarının cilalanmasıyla, görünüşü əks etdirən ilk aynalar kəşf edildi. İlk şüşə güzgülər isə 12-ci əsrdə Murano adasında yaşayan Venesiya ustaları tərəfindən düzəldilib. İlk güzgülərin düzəlməsi sirrini Venesiyalılar düz 200 il gizli saxlayıblar. Həmin vaxtlar güzgünün düzəldilməsi də çox baha başa gəlirdi.  

 

Kəşf edilmiş güzgü

 

Gümüşləmə üsuluyla ayna əldə etmə texnikası isə 14-cü əsrdə Venedikdə inkişaf etdirildi. Venediklilər, bir şüşə təbəqəsinin arxa səthinə civə sürtərək, ayna etməyi bacardılar və otarixdən sonra bu şüşə parçası, xüsusi ilə qadınların əllərindən düşməz oldu. 

 

Kəşf edilmiş güzgü

 

 

İlk otaqlarda yerləşdirilən böyük aynalar isə ilk dəfə 14-cü əsrdə Almaniyanın Nürnberg şəhərində kəşf edildi. Şüşə ustaları, üfləmə üsuluyla şüşə kürələr meydana gətirdikdən sonra, bunları ortadan ikiyə bölürlər, sonra da iç qisimlərini incə bir civə təbəqəsiylə örtərək aynanı əldə edirlər.  

 

Kəşf edilmiş güzgü

 

 Müasir texnologiyalarla ayna əldə etməyin yollarını isə, 1835-ci ildə Alman kimyaçısı Justus von Liebig tərəfindən kəşf edildi. Gümüşnitrat xüsusi bir üsulla şüşəyə töküldüyündə, içindəki gümüş şüşəyə yapışır və beləcə də son dərəcə dəqiq görünüş verən bir ayna əldə edilirdi. 

12 aprel 2016
GO BACK