Qadin.NET / İşə qəbul zamanı necə fırıldaqçılardan qorunmaq

İşə qəbul zamanı necə fırıldaqçılardan qorunmaq

 

İşə qəbul zamanı necə fırıldaqçılardan qorunmaq

 

Fırıldaqçılar ölkənin quruluşundan və iqtisadi vəziyyətindən asılı olmayaraq həmişə olublar. Sadəcə olaraq ölkədə iqtisadi vəziyyət zəifləyəndə və işsizlik artan zamanı fırıldaqçıların "fəaliyyəti" kəskin sürətdə artır. Tez-tez elə olur ki, iş axtaran insanda təbii ehtiyatlılığ və sağlam düşüncə itir, və məhz bundan da fırıldaqçılar istifadə edir. Fırıldağ üsulların arasında ən geniş yayılan tipik üsullar aşağıdakilardır: 

1. Spam şəkilində elektron ünvana gələn iş haqqında hər bir məlumat. Özünə hörmət edən heç bir "İşverən" belə üsulla işçi axtarmaz.

2. Siz aldığınız məlumatda "biznes-partnyor", "müdirin köməkçisi", yaxud ofisə əməkdaş" kimi vəzifələr etimada layiq deyil. Normal "İşverən" hökmən açıq vakansiyanın adı ilə yanaşı həmin vakansiyanın vəzifə borclarını göstərməlidir.

3. Əmək haqqı dəqiq göstərilmirsə (misal üçün 300 manatdan 1500 qədər) - deməli açıq yalandır. Daha tez-tez şəbəkə marketinq sahəsində rast gəlir.

 

İşə qəbul zamanı necə fırıldaqçılardan qorunmaq

 

 

4. Olduqça cəlbedən vəzifə və yüksək əmək haqqı. Misal üçün "Norvegiyanın neft mədənlərində iş". Demək lazımdır ki, norveclilər özləri işə düzəlmək üçün illərlə növbədə dayanırlar.

5. İş haqqında elanda "yalnız qızlar" tələb olunur göstəriləndə. Sözsüz ki, həmin qızları belə bir işdə problemlər gözləyir.

6. Elanda, yaxud siz ilə görüşmə zamanı deyəndə "üç nəfər də əlavə cəlb etsən səni bonus gözləyir", deməli siz şəbəkə marketinqə, yaxud işlə təmin edilmə agentliyə rast gəlmisiniz. Hər ikisi belə üsulla işləyir.

7. Həmçinin kiçik bir şirkət işçiləri iri sayda işə götürəndə bilin ki fırıldaqdır. Daha tez-tez belə şirkətlərə "satış üzrə meneСЃerlər" tələb olunur.

 

İşə qəbul zamanı necə fırıldaqçılardan qorunmaq

 

 

8. İş müsahibəsi zamanı sizi həddindən artıq tərifləyəndə, bilin ki sizi tamahkar məqsədlə istifadə etmək istəyirlər.

9. Aydın olanda ki, "İşverən" işə bütün arzu edən insanları qəbul edir.

10. İş müsahibəsinin əvəzində sizi prezentasiyaya yaxud seminara dəvət edirlərsə. Ən yaxşı halda bu şəbəkə marketinqdir, yaxud maliyyə piramidadır, ən pis halda təhlükəli sektadır. 

11."İşverən" sizdən hər hansı bir məbləqdə pul tələb etdikdə.

12. İşə qəbul olandan öncə sizə pullu təlim, yaxud ixtisası artırma kurslarını keçməyə təklif edirlər.

31 may 2016
GO BACK