Qadin.NET / Duz lampası nədir, faydaları nələrdir?

Duz lampası nədir, faydaları nələrdir?

Duzdan lampa düzəldiyini bilirdinizmi? Görüntü olaraq olduqca xoş görünən duz lampasının faydaları saymaqla bitmir. Duz lampası nədir, faydaları nələrdir?

 Duz lampası nədir, faydaları nələrdir?

Duz lampası, qaya duzunun içinə lampa yerləşdirilməsi ilə əldə edilən və sağlamlığa faydalı olduğu üçün dəyişik şəkillərdə satışa təqdim edilən bir məhsuldur. Açıq sahədə, dəniz kənarında, dağ ətəklərində ya da bir şəlalənin yaxınlığında özümüzü daha yaxşı hiss edərik. Bu cür mühitlərdə havada çox miqdarda mənfi ion tapılar. Mənfi ionlar sağlamlığımız üçün olduqca faydalıdır, havaya canlılıq verir və havadakı bakteriyaları azaldır. Duz lampaları da təbiətin insana verdiyi xoş  təsirdən yola çıxılaraq nəzərdə tutulmuşdur.

Ümumiyyətlə evdə istifadə  etdiyimiz elektrik ev əşyaları ətraf mühitə yüksək tezlikdə elektrik yayarlar. Bu, insan bədəninin təbii elektrik tezliyindən olduqca yüksəkdir. Kompüter və televiziya kimi elektrik cihazlar da ətraf mühitə müsbət yüklü ionlar yayarlar. Bu əşyalarla çox vaxt keçirmək sinirlərin gərilməsinə və yuxusuzluğa səbəb olur. Ətraf mühitə yayılan həddindən artıq elektrik, xüsusilə uşaqları daha çox təsir etməkdədir.

Duz lampası nədir, faydaları nələrdir?

Duz lampası havadakı bu pozitiv ionlara qarşılıq neqativ ionlar yayaraq mühitdəki elektriki neytral hala gətirir. Kristal duzun içərisindəki lampa yandığı zaman duz yüngülcə isinir  və otaqdakı nəmi lampa üzərində toplar. Bu kristal duzun səthinin yüngül islanmasına yol açar. Beləliklə kristal duz ətrafa neqativ yüklü ionlar saçar. Kompüter və ya televiziyanızın yanına bir duz lampası qoya bilərsiniz. Beləcə otaqdakı elektrik yükü azalır və  kompüterin zərərli təsirləri bir ölçüdə azaldılmış olur.

Himalay duz lampaları, "neqatif ion" yayaraq daxili məkanlardakı hava keyfiyyətini artırır. Təbii bir neqotif ion generatoru olan bu lampalar bir mənada havanın vitaminidir. Havanı qidalandırır və canlandırır.

Neqatif  ionların sağlamlığa faydaları bunlardır;                                                        

- Stresə, fiziki və ruhi yorğunluq, yuxusuzluq və ağrılara yaxşı gəlir.

- Soyuqdəymə, miqrən, astma kimi narahatlıqlara yaxşı gəlir; ağciyərlərin tutumunu artırır.

- İmmunitet sistemini gücləndirər. Bədənə gümrahlıq verir.

- İşdə, məktəbdə fikir dağınılqlığının qarşısını alır.

- Körpə uşaqarın  fiziki və ruhi inkişafı üçün təmiz hava verir.

Sağlamlığa faydaları səbəbiylə bir çox ölkədə neqatif ion yayan cihazlar istifadə olunur. Bunların çoxu insan istehsalı olan makinalardır. Duz lampası isə bunun təbii və daha uyğun qiymət alternatividir.

Duz lampası necə hazırlanılır?

Qaya duzları, duz lampasının unikal təbii forması və kristal quruluşunu əldə etmək üçün diqqətli bir şəkildə əllə oyulurlar. Oyulan duz lampasının içinə bir lampa və ya şam qoyulur. Dekorativ olaraq da olduqca xoş görünən duz lampaları, mühiti işıqlandırarkən eyni zamanda yaydığı neqotif iyonlarla havanı təmizləyər. Qaya duzu istiləndikcə olduğu ətraf mühitə ion yayaraq havanın keyfiyyətini artırır. Hal-hazırda astma və allergiya narahatlıqlarının təbii müalicəsində istifadə edilməkdədir.

Duz lampası nədir, faydaları nələrdir?

Kaya duzu haqqında məlumatlar.

Qaya duzu təxminən 2 min ildir dünyanın bir çox yerində müxtəlif xəstəliklərin müalicəsində istifadə olunur.

- Dünyanın bir çox ölkəsində qaya duzu mağaraları müalicə məqsədli təbii müalicə mərkəzi olaraq istifadə edilər.

- Türkiyədə müalicə məqsədli ilk duz mağarası Ankarada açılmışdır.

- Qaya duzu, dəridə olan yaraları çox qısa müddətdə yaxşılaşdırır.

 

 

9 may 2016
GO BACK