Bütün həqiqətləri bilmək və buraya sığdırmaq çətindir, amma yığa bildiklərimizi oxumanızı istərdik.
1) Londonda bir stadionda "vəzifəli" bir pişiyin 6 il içində təxminən 12.500 ədəd siçan ovladığı hesabat edilmişdir.
2) Bir bala pişiyin sağlam bir yetkin ola bilməsi üçün ən azından 3 ay boyunca anası ilə birlikdə qalması lazımdır.
3) Kişi pişiklər 6-8 aylıqkən, dişi pişiklər isə kişi pişiklərdən təxminən 2 ay əvvəl yetkinliyə çatırlar.
4) Pişiklər üzə bilərlər, amma yaxşı üzgüçü deyildirlər. Ona görə dəniz, çay, üzmə hovuzu kimi su bölgələri pişiklər üçün düşdükləri təqdirdə çox təhlükəli ola bilər.
5) Pişiklər özlərinə aid sahəni sıxlaşmış sidik ilə işarələyərək digər pişiklərin o sahəyə girməməsi üçün bir növ xəbərdarlıq edirlər.
6) Evdə yaşayan pişiklər ev əşyalarının və öz əşyalarının (su, yemək qablarının, tualetlərinin) yerlərinin dəyişməsindən heç xoşlanmazlar.
7) Pişiklərin yeməklərini ayaqaltı bir yerə qoymayın. Yemək yeyərkən məhrəmiyyət istəyərlər. Bu səbəblə tez-tez keçilən yerlər yemək sahəsi olaraq doğru deyil.
8) 1949-19640 cü illər arasında Britaniya Pasport Dairəsində işləyən Peter adlı pişik heyətli personal arasında və ildə 6.5 Sterling ödəniş edirdi.
9) Təəssüf ki şəhər həyatı pişiklər üçün çox təhlükəlidir. Məsələn 750 min adamın yaşadığı Baltimor şəhərində hər il 5.000 pişik yol qəzalarının qurbanı olur.
10) 1950-ci ildə alpinistləri izləyən İsveçrəli bir pişik alpinistlərlə birlikdə Alp zirvəsinə (4.478 metr) çıxmışdır.
11) Pişiklər oyun oynamağı sevirlər. Xüsusilə bala pişiklər üçün oyun eyni zamanda ictimailəşmə mənasındadır.
Pişikləri sevək, sevdirək, qoruyaq. Onlar bizə əmanətdirlər .