Elə hesab edək ki, Xristofor Kolumb evlidir. Hindistana qısa yolu tapmaq istəyən Kolumb daim qərbə gedərkən məqsədinə çatmağı hədəfləyir. Maddi və digər probləmlər həll edilmişdir. Bircə xanımı razı salmaq qalmışdır.
Evə şən gəlir:
- Xanım, tezliklə səfərə çıxıram. Hindistana gedən qısa bir yol kəşf etməyi düşünürəm. Bəlkə də yeni quru hissələri kəşf edərəm.
Xanımı bu xəbərə təəccüblənmişdir. Sualları arxa-arxaya sıralayar:
- Tam olaraq hara gedəcəksən?
- Hindistana.
- Yanında kim olacaq?
- Bizim qrupdan dostlar və kürək məhkumları.
- Necə gedirsən?
- Krallıq gəmi verdi, onunla gedirəm.
- Gedəndə nə olcaq?
- Hindistana daha qısa yol varmı deyə, kəşf edəcəyik.
- Bu iş niyə sənə düşdü?
- Mən istədim. Nəzəriyyələrim doğrudursa, zəngin və məhşur olacağam.
O günlük mövzu bağlanar. Ertəsi gün xanım yenə suallara başlayar:
- Sən gələnə qədər biz nə edəcəyik, nə yeyib nə içəcəyik?
- Krallıqdan avans aldım, bir azını sizə verəcəm.
- Mən də səninlə gəlsəm, olar?
- Elə şey olarmı? Qadınların gəmiyə minməsi qadağandır.
- Gəmidə qullar olacaqmı?
- Təbii ki, olacaq. Kürək çəkəcəklər.
- Siyahısına baxa bilərəm?
- Adlarını mən belə bilmirəm, quldular da.
- Nə vaxt qayıdırsan?
- Ən gec bir neçə aya dönərəm.
- Düzünü de niyə gedirsən?
- Vallah kəşf üçün gedirəm, başqa bir məqsədim yoxdur!
O gün də mövzu bağlanmışdır. Amma ertəsi gü suallar qaldığı yerdən davam edər:
- Mənə demədən necə səyahətə çıxmağı planlayarsan?
- Amma bu mənim işimdir!
- Sən bu səyahətin əsl məqsədini de görüm!
- Mən gəmiçiyəm və səyahət edərəm, bunu sən də bilirsən!
- Sən əsl məqsədini de, yoxsa biri ilə qaçırsan?
- Elə bir şey yoxdur!
- Bəs bundan necə əmin olacam. Sən gəmidəykən necə xəbərləşəcəyik?
- Uzaqlara gedəcəm, dönənə qədər sən xəbər yetişdirə bilməyəcəyəm.
- Sən dünən gəmidə qadınlar da olacağını demişdin?
- Yox, tam əksinə qadınlar olmayacaq.
Xanım yenə o günlük susar. Ertəsi gün yenə başdan başlayar:
- Mən hələ də məqsədini anlamamışam.
- Hindistana qısa yolu tapmaq.
- O yolu başqası tapsın!
- Mən niyə tapmayım. Qazanacağımız pulları düşün.
- Hər dəfə belə deyirsən.
- Bu dəfə çox fərqli olacaq.
- Nə qədər də şan-şöhrət həvəskarısan. Millət səni tanısın deyə etməyəcəyin təlxəklik yoxdur!
-Bu səyahətə kəşf eşqi ilə çıxıram.
- Neçə illik evliyik, əvvəl mənim könül dünyamı kəşf etməyin lazım deyildirmi?
- Onu da sınayıram.
Xanım razı olmuş kimidir, amma ertəsi gün yenidən:
- Mən də səninlə gələcəyəm!
- Gəmidə qadın olmaz.
- Hətta anamgilin səyahətdən dönmələrini də gözləyəcəksən.
- Niyə ki?
- Çünki səyahətə bir dəfə olsun bizi aparmadın. Bu dəfə anamgildə gələcəklər.
- Bu mümkün deyil.
- Amma başqa qadınlar gedir!
- Gəmidə qadın yoxdur, dedim!
- Mən anlayıram, mənsiz yola çıxsan, dönəndə məni tapmayacaqsan.
- Of yaxşı, bir yerə getmirəm. Mərakeş Portuqaliya arası quru yük daşımağa davam edirəm.
- Bax belə, az qala Hindistana gedirəm deyə məni aldadacaqdın!
Nəticə: Xristofor Kolumb evli olsaydı, Amerikanı kəşf etməzdi.