İnsanın ürəyi istəyəndə yemək yeməsinin qandakı qlükoza nisbətinə təsir edir və sağlamlıq baxımından zərərli olduğu ortaya çıxdı.
Hal-hazırda hər növ yeməyə istənilən saatda sürətli bir şəkildə çatma imkanı var. Yemek sənayesi yeməklərin ləzzətini artırmağa və bunu müxtəlif reklamlar üzərindən insanlara göstərməyə başladıqca insanların qarın doyurma ehtiyacı da aclıqdan can çəkməsinə doğru çevrilir. Yəni keçmiş zamanların əksinə insanlar artıq yalnız acıdıqlarında deyil, ürəkləri istədiklərində də yemək yeyir.
İstehlakçı Araşdırma Qurumununun jurnalında nümayiş olunan məqaləyə görə acmadan yemək yemək sağlamlıq baxımından çox daha zərərlidir. 45 universitet tələbəsi üzərində edilən araşdırmada iştirakçıların aclıq dərəcələri soruşuldu və onlardan karbohidrat dəyərləri yüksək yeməklər yemələri istənildi. Yeməyin iştirakçıların sağlamlığına necə təsir etdiyini ölçmək üçün qanlarındakı qlükoza dəyərlərinə baxıldı.
Karbonhidrat dəyəri yüksək qidaların istehlakı nəticəsində qandakı qlükoza səviyyəsi artır. Bu artımın az miqdarda da olsa görülməsi sağlam olaraq qəbul edilir, çünki qlükoza səviyyəsi çox yüksəlsə bədən hüceyrələri zərər görməyə başlayır.
Edilən testlərdə ac olan kəslərin qanlarındakı qlükoza səviyyələrinin ac olmayan kəslərə görə daha aşağı səviyyədə olduğu görüldü. Araşdırmanın nəticəsində ac ikən yemək yemənin acmadan yeməkdən daha sağlam olduğunu müşahidə edildi.