Qadin.NET / Mimika məşqləri ilə qırışların qarşısını alın

Mimika məşqləri ilə qırışların qarşısını alın

İllər keçdikcə qırışların qarşısını almaq çətinləşir. Necə bədəniniz idmanla dinc qalırsa, mimika məşqləri ilə üzünüzdəki əzələləri gücləndirmək, qırışıqlıqlara daha uzun müddət qarşı qoya bilərsiniz.

Əvvəlcə dərinizin gec yaşlanmasını istəyirsinizsə, etməniz lazım olan ilk şey nəmli tutmaq və dəri təmizliyinə diqqət etməkdir. İkincisi isə qan dövranının sürətli olmasıdır. Əgər qan dövranı sürətli olmazsa, dəridəki qırışlar artacaq, dəri solğun və sağlıqsız görünəcəkdir. Üzdəki qan dövranını artırmanın ən yaxşı yolu isə mimika məşqləridir.

Nizamlı olaraq tətbiq edin.

Mimika hərəkətlərini təmin edən əzələlərin davamlı bərkiyib boşalması nəticəsində dəri elastikliyini itirir və dəridə dərin izlər ortaya çıxarır. Üzdəki əzələlər bədəndəki digər əzələlər kimi deyil, üz ifadələrindəki dəyişikliklər xaricində işləmirlər, beləcə zəyifləyirlər. Bu zəifləmə nəticəsində dəridə sallanmalar meydana gəlir. Günün müəyyən saatlarında aşağıdakı məşqləri tətbiq etməklə müsbət nəticələr əldə edə bilərsiniz.

Yorgun gözlərdə edilməsi lazım olan məşq.

Gözlərinizi sonuna qədər açın və qısa bir müddət gözləyin. Əgər göz qapaqlarınızda da sallanmalar varsa, göz ətrafınızdakı əzələləri sıxın.

Mimika məşqləri ilə qırışların qarşısını alın

Alın bölgəsinə ediləcək məşq.

Barmaqlarınızı qaşlarınızın üzərinə yerləşdirib aşağıya doğru itələyin, bu təzyiqlə alın və qaş əzələlərinizə qısa bir müddət qarşı qoyun.

Mimika məşqləri ilə qırışların qarşısını alın

Dodaq kənarlarına  ediləcək məşq.

Dodaqlarınızı dişlərinizlə möhkəm sıxın və ağızınızın yan hissəsində olan əzələləri yuxarı doğru hərəkət etdirin. Bu məşq üst dodaq üzərindəki qırışıqlıqlarında meydana gəlməsinə mane olacaq.

Mimika məşqləri ilə qırışların qarşısını alın

Yanaqlara ediləcək məşq.

Barmaqlarınızı yanaqlarınızın üzərinə qoyaraq gülümsəyin. Dodaqlarınızın uc hissəsini yuxarı çəkin.

Mimika məşqləri ilə qırışların qarşısını alın

Göz ətrafına ediləcək məşq.

Barmaqlarınızı gözlərinizin yanlarına qoyaraq gərin və gözləriniz yarıya qədər bağlayın.
Daha sonra göz ətrafındakı əzələləri sıxın və buraxın.
Mimika məşqləri ilə qırışların qarşısını alın
Bu məşqləri intizamlı və səbirli bir şəkildə tətbiq etsəniz, müsbət nəticə verəcəkdir. Amma ən əhəmiyyətlisi gülümsəməyi üzünüzdən əskik etməyin.
Mimika məşqləri ilə qırışların qarşısını alın



27 dekabr 2015
GO BACK