Şiddətli qida zəhərlənmələrinin böyük əksəriyyəti münasib vaxtda və istilikdə bişirmədən bağlanılan konservlərdən qaynaqlanır. Mütəxəssislər, xüsusilə evlərdə hazırlanan gigiyenik qaydalarına uyğun hazırlanmadığı durumunda tibbdə Botulismus zəhərlənməsi deyilən ölüm riski yüksək qida zəhərlənməsinə yol aça biləcəyi ilə bağlı olaraq xəbərdarlıq edir.
Konserv hazırlığında xəstəlik yaradan orqanizmlər mütləq yox edilməlidir. Bunun üçün məhsulun 100 dərəcənin üstündə bir istilikdə hazırlamaq lazımdır və qidanın saxlandığı qaydalarda xarab olmaması və keyfiyyətinin qorunması çox vacibdir. AA-nın xəbərinə görə evdə hazırlanan konservlərdə diqqət edilməsi lazım olanlar...
- Turşulğu az lobya, yaşıl noxud konservi hazırlanarkən ğzı sıx bağlanan qazan istifadə edilməlidir.
- Konserv hazırlanmasında istiyə dözümlü şüşə qablar istifadə edilməlidir. Turşu hazırlanmasında plastik qab istifadə ediləcəksə, izin verilmiş qablar istifadə edilməlidir və turşu hazırlığında bu qabları təkrar-təkrar deyil, yalnız bir dəfə istifadə edilməlidr.
- İstifadə edilmədən əvvəl bankalar və qapaqları 15-20 dəqiqə qaynadılaraq sterilizə edilməlidir. Həm də banka qapaqlarının paslı olmamasına diqqət yetirilməli, qapaqlar hər dəfə yenilənməlidir.
- Etibarlı konserv hazırlanmasında tətbiq ediləcək istilik dərəcəsi və tətbiq müddəti vacibdir. İsitmə müddəti qidanın turşuluq miqdarına bağlıdır. Meyvələr və pomidor kimi turşuluğu yüksək qidalar təxmini 20 dəqiqə qaynadılmalıdır. Tərəvəzlər, ət və süd kimi turşuluğu az qidaların qaynama istiliyində sterilizə edilməsi mümkün deyildir. Bu səbəblə 116 dərəcədə təzyiq altında 20-25 dəqiqə saxlanmalıdır.
- Evdə hazırlanan konserv qidalar istifadə edilmədən əvvəl mütləq yoxlanılmalıdır. Banka qabağının şişməməsi, kənar qismlərdən sızıntı olmaması, qapaq açılarkən fışqırmaması və özünə xas qoxuda və rəngdə olmasına diqqət edilməlidir. Həm də istifadə edilmədən əvvəl 10 dəqiqə qaynadılması vacibdir.
- Hazır konserv alarkən etiketində istehsal və son istifadə tarixinə, qutuda qabarıqlıq, şişkinlik olmamasına, paslanmış, əzik olmasına diqqət edilməlidir.
- Turşu hazırlanmasında və sonrasında duzlu suyun üzərində pərdə əmələ gəlməməsi üçün hava ilə təmasını ən az səviyyədə saxlayan təmiz qablar istifadə edilməli və yeyəcəklər hazırlanarkən çox yaxşı yuyulmalıdır.
- Turşu olması gözlənilərkən, günəş düşməyən sərin bir yerdə mühafizə edilməlidir. Həm də duzlu suyun səviyyəsi tərəvəzləri örtəcək miqdarda olmalı və istifadə edilənə qədər bu şəkildə saxlanmalıdır.
- Yüksək təzyiqli şəxslər, xroniki böyrək çatışmamazlığı olanlar və ürək-damar xəstələrinin duzlu turşular və digər duzlu qidalar istifadə etmələri sağlamlıqlarına ziyandır.