Qadin.NET / Görən, dadbilən bitkilər(2)

Görən, dadbilən bitkilər(2)

 

Görən, dadbilən bitkilər(2)

 

Toxunma duyğusu

Dadbilmə duyğusu kimi toxunma duyğusu da bitkilərdə tez-tez rast gəldiyimiz hallardandır. Venera kimi ətyeyən bitkilər üzərlərinə qonan böcəyi bir anda tuturlar. Mimoza isə ən yüngül toxunuşda belə incə yarpaqlarını aşağı endirir. Noxud və lobya kimi dırmaşan bitkilər həssas toxunma duyğuları sayəsində zoğlarını möhkəm dəstəklərin ətrafına sarıyırlar. Demək olar ki, bütün bitkilər toxunma duyğusuna sahibdirlər. Bitkilər yarpaqlara böyük zərər verə bilən küləyin şiddətinə qarşı da toxunma duyğusundan istifadə edirlər. Külək altında qalan bitkilər toxumalarını sərtləşdirərək reaksiya verir və beləcə şiddətli küləkdə qırılmaqdan xilas olurlar. Eksperimentlər toxunma duyğusunun gücləndirilmiş toxuma istehsalına necə səbəb olduğuna hələ də cavab tapa bilməyiblər.

Bir bitkinin yaşamağı üçün ehtiyacı olan bütün xüsusiyyətlərə kompleks sistemlər sayəsində sahib olması, bir bitkinin bir yarpağının belə təsadüfən meydana gələ bilməyəcəyini görmək və qavramaq üçün kifayətdir. Bitki hüceyrələri beyini, əli, gözü, şüuru və məlumatı olmayan gözlə görülməyəcək qədər kiçik varlıqlardır. Bu varlıqların “küləyə qarşı bitkini necə qurtara bilərik?” deyə düşünüb bir üsul tapmaları qeyri-mümkündür. Bütün bunlar sonsuz elm və ağıl sahibi olan Uca Allah`ın varlığının dəlillərindən yalnız bir hissəsidir.

 

Görən, dadbilən bitkilər(2)

 

 

Eşitmə duyğusu

Başda North Carolina Wake Forest Universiteti olmaqla müxtəlif mərkəzlərdə aparılan təcrübələrin nəticəsində, bitkilərin məlum bir səs tezliyini və ya vibrasiyanı mənimsədikləri qənaətinə gəlinmişdir. Məsələn, Wake Forest’da aparılan bir təcrübədə normal cücərmə nisbəti 20% olan turp toxumlarının məlum bir tezlikdəki səsə uzun müddət cəlb olunduqda, cücərmə nisbətlərinin 80-90% artdığı müşahidə edilmişdir. Eksperimentlər bitkinin boyunun uzanması və toxumun cücərməsinə vasitəçilik edən “giberellik turşusu” adlı bitki hormonunun “eşitmək”lə məsul olduğunu düşünürlər.

Allah hər bir canlını nəzarət altında saxlayır

İnsan bədəni digər varlıqlarda olduğu kimi, şüursuz atomlardan meydana gəlir və bədənimizdə bu atomların meydana gətirdiyi şüursuz hüceyrələr tərəfindən bir sıra əməliyyat həyata keçirilir. Beyin adlanan orqanımız da düşüncə qaynağımız kimi görünsə də, özbaşlarına qərar verə bilməyən sinir hüceyrələrindən meydana gəlir. Qısası şüuru müəyyən səbəb-nəticə əlaqələri ilə izah etmək olmaz. Təkamülçü Julian Huxleyin şüurla əlaqəli dediyi sözləri olduqca təəccüblüdür:

“Şüurlu hal qədər fövqəladə bir şeyin sinir hüceyrəsinin başlanğıc hərəkəti nəticəsində ortaya çıxması, Ələddinin lampası hekayəsində lampanın ovuşturulması ilə cinin görünməsi qədər anlaşılmazdır…” (The Problem of Consciousness , Colin MCGINN )

Haqqında danışdığımız bir neçə bitki nümunələrdəki şüurlu deyə biləcəyimiz hərəkətlər, əslində, Allah`ın sonsuz ağlının təcəllilərindəndir. Rəbbimiz yer üzündəki hər şeyi idarəsi altında saxlayandır.

 

Görən, dadbilən bitkilər(2)

 

 

“Qeybin açarları Onun yanındadır, Onları yalnız O bilir. O, quruda və dənizdə nələr olduğunu bilir. Onun xəbəri olmadan yerə düşən bir yarpaq belə yoxdur. Yerin qaranlıqlarında elə bir toxum, elə bir yaş və elə bir quru şey yoxdur ki, açıq-aydın Yazıda (Lövhi-Məhfuzda) olmasın.” (“Ənam” surəsi, 59)

Bitkilərin beyni və ya sinir sistemi yoxdur. Bir insan bir obyektə toxunanda, onu görəndə və ya dadını hiss etdikdə sinir sistemində və beynində müəyyən mesajlaşmalar və əmrlər ardıcıllığı yaranır. Yaddaş, idrak kimi ünsürlərin də iştirakı ilə şüurlu bir hərəkət üçün qərar alınır. Halbuki, bitkilərin belə bir sinir sistemləri, beyinləri, idrak və yaddaş gücləri yoxdur. Buna baxmayaraq, son dərəcə şüurlu davranışlara sahibdirlər. Görürlərmiş kimi müəyyən bir istiqamətə çevrilir, toxunurlarmış kimi özlərinə ən uyğun zəmini tapmaqda və ya dad bilirlərmiş kimi torpaqdakı bir çox maddədən özlərinə lazım olanları seçə bilirlər. Bütün bu hərəkətlərin arxasındakı ağılın sahibi əlbəttə ki, bitkilər deyil. Onları və hər şeyi üstün bir elmlə aləmlərin Rəbbi olan Uca Allah yaratmışdır.

Həqiqət mütləqdir!

 

6 noyabr 2015
GO BACK