Qadin.NET / Birlikdə keçirdiyiniz vaxt

Birlikdə keçirdiyiniz vaxt

Günün müəyyən saatlarında həyat yoldaşınızla bir yerdə olursunuz. Bu müddətdə birgə məşğuliyyətiniz olmadığı vaxtlar da olur. Hətta bəzi ailələrdə birgə məşğuliyyətdən söhbət belə getmir. Halbu ki, bu vəziyyət evliliyə mənfi təsir göstərən əsas amillərdən biridir. Bəs bunun səbəbləri hansılardır?

Birlikdə keçirdiyiniz vaxt

Təbii ki, bu səbəblərdən ən başlıcası tərəflərin maraq dairələrinin fərqli olmasıdır. Əgər bu siyahıya intellekt səviyyələrini və düşüncə tərzlərinin fərqli olmasını da əlavə etsək, daha aydın bir mənzərə əldə etmiş olarıq. Ancaq səbəb nə olursa- olsun, bu vəziyyətin qarşısını almaq lazımdır. Əks halda belə bir ailədə sağlam ailə mühitindən danışmaq qeyri -mümkündür. Buna görə də belə vəziyyətlər də tərəflər ilk növbədə bir-birlərinə öz arzu və istəklərini ifadə etməlidirlər.

Birlikdə keçirdiyiniz vaxt

Məsələn: tərəflərdən biri həyat yoldaşının kitab oxumasını istəyirsə, bunu ona bildirməli, hətta lazım gəlsə, həyat yoldaşının maraq dairəsinə uyğun kitablar təklif etməlidir. Ancaq bütün hallarda bu ailədə tənqid və ya təzyiq vasitəsinə çevrilməməlidir. Digər tərəfdən, maraq dairələri eyni olduğu halda, ortaq məşğuliyyətləri olmayan, hətta ortaq məşğuliyyətləri olsa belə, bundan heç bir zövq almayan ailələr də vardır. Belə ailələrdə əsasən “ məşğuliyyət” bir tərəfin üzərinə düşür.

Birlikdə keçirdiyiniz vaxt

Məsələn: kişinin və ya qadının, hər dəfə istirahət günlərini həyat yoldaşının arzularına uyğun təşkil etməsi və öz istək və arzularını ikinci plana keçirməsi kimi ... Belə vəziyyətlərdə əgər “ təşkilatçı” tərəf narahat deyilsə, əksinə bundan zövq alırsa, deməli problem yoxdur. Çünki onsuz da, ortaq məşquliyyətlərin əsas məqsədi hər iki tərəfin də, zövq almasına nail olmaqdır. Yox əgər “təşkilatçı” tərəf yalnız “ həyat yoldaşım xoşbəxt olsun” düşüncəsi ilə hərəkət edirsə və özü bundan zövq almırsa, bu vəziyyətin qarşısını almaq lazımdır.

Birlikdə keçirdiyiniz vaxt

Çünki ilk baxışda problem kimi görünməyən bu vəziyyət gələcəkdə ciddi problemlərə gətirib çıxarır. Bu da istər-istəməz evliliyi zərbə altına qoyur. Buna görə də, hər iki tərəf bu məsələdə ortaq hərəkət etməyə çalışmalı və planlarını buna uyğun qurmalıdılar.

15 oktyabr 2015
GO BACK