Qadin.NET / Maraqlı məlumatlar

Maraqlı məlumatlar

Zebraların zolaqları

Zebraların bədənində olan zolaqların nə üçün belə formalaşdığı səbəbinə aid düşüncələr elm adamlarını uzun zaman rahat buraxmırdı. Bu heyvanlar atlarla yaxın qohum olmaqla yanaşı həm də çox dözümlü heyvanlar hesab olunur. Təsadüfi deyil ki, heyvanların yaşadığı areallarda bir çox yerli tayfalar özlərini zebra atlarının zolaqlarına bənzəyən təsvirlərlə bəzəyirlər.

Maraqlı məlumatlar

Bu heyvanlar bir çox həşəratlara qarşı çox davamlı immun müqaviməti göstərirlər. Bunların içərisində Afrikada geniş yayılmış sese milçəyini göstərə bilərik. Milçək canlıları sancaraq onların beyinlərində yuxu toxumalarını iflic vəziyyətinə gətirirlər və canlı əbədi olaraq yuxuya qərq olur.

Zebraların bu cür zolaqlı olmalarına səbəb olaraq əvvələr düşünülürdü ki, aşağıdakı faktorlar mühüm əhəmiyyət kəsb edir. - Optik yamsılamaqla kamuflyaj olmaq: - Yırtıcıların seçim məngənəsində çaş-baş qoymaq; - Bədən teperaturunu nizamlamaq və birbirilərini tanımaq.
Maraqlı məlumatlar
Amma bunlarla yanaşı alimlər yeni bir nəticənin də ortaya çıxdığı qənaətindədirlər. Onlar düşünürlər ki, əsas faktor olaraq bu zolaqların formalaşmasında iqlim faktoru mühüm rol oynayır. Xaricdən bədənə yönələn istilik mühüm hesab olunaraq bədəni Günəş şüalarından qorumaq üçün bu zolaqların parlaqlığı mühüm şərt hesab olunur. Belə ki, daha isti mühitlərdə zebraların zolaqları daha parlaq görülməkdədir. Ağ zolaqlar üzərində olan hava daha sıx (bu ağ rəngin şüanı daha çox əks etdirməsiylə bağlıdır), az axıcı, qara zolaqlarda isə daha çox axıcı halına gəlir. Bu səbədən zolaqlar arasında hava burulğanları meydana gələrək heyvanın bədəninin soyumasını təmin edir.  
Maraqlı məlumatlar
Ammonit
  Şəkildə (yuxarıdakı şəkil) gördüyünüz bu ammonit nümünəsi digərlərindən daha optimal şəkildə fosilləşməsidir. Kanadanın Kordiliyer dağlarının şərqində Qayalı dağlarının yaxınlığında Saskaçevan əyalətində aşkarlanıb. Bu canlıların qalıqları 75-70 milyon öncədən gəlib çatsa da, daxili qurluşu haqqında indiyə kimi heç bir məlumat əldə edilə bilinməmişdir.  
Maraqlı məlumatlar
Dipnoi

Adı dipnoi olan bu balıq haqqında, bəlkə də, bir çoxlarınız kifayət qədər məlumatlar əldə etmisiniz. Həqiqətən, ara keçid nümunəsi üçün yaxşı dəlil sayıla bilər. Afrikanın mövsüm üzrə quruyan su mənbələrində yaşayan bu heyvanın maraqlı cəhətlərindən biri də odur ki, balıq digər heyvanlardan fərqli olaraq qış mövsümündə yox, yay mövsümündə yuxuya gedir.

Ələddin Əsgərov

22 may 2016
GO BACK