Qadin.NET / Məişət kimyəvi vasitələrin ziyanı

Məişət kimyəvi vasitələrin ziyanı

Son illər allergiya, sonsuzluq, astma, miqren, xərçəng, anadangəlmə şikəstlik kimi xəstəliklərin sayı artmaqdadır.  30 illik epidemoloji testlər göstərirlər ki, bütün bu xəstəliklər bizi əhatə edən kimyəvi maddələrlə bağlıdır. Toksik maddələr hər yandadır: havada, suda, qida məhsullarında, evdə, qutularda, dərmanlarda, zibilliklərdə və s.


Siz elə bilirsiz ki, maşınlardan çıxan tüstü, və ya zavod atqınları ilə müqayisədə evinizdəki kimyəvi təmizləmə məhsullarının zəhərliyi, toksikliyi daha çoxdur? Amma müəyyən tədqiqatlara görə sübut edilib ki, ən çox hava çirkliyi evdədir. 5 illik təcrübələrə görə evlərdəki kimyəvi elementlərin səviyyəsi bir çox evlərdə küçədəkindən 70 dəfə çoxdur və bu asılı deyil ev şəhərdədir, ya kənd yerində.


Bizə ən çox ziyan verən məişətdə istifadə edilən kimyəvi maddələrin ziyanı barədə yazacam:


Xlor


Bu xəstəliklərin yaranmasına səbəb olur: ürək damar sistemi xəstəlikləri, aterosklerozun yaranması, anemiya, hipertoniya, allergik reaksiyalar. Bu maddə zülalı məhv edir, dəri və saça mənfi təsir göstərir, xərçəng xəstəliyinin yaranma riskini artırır.




Məsləhət: Bu günlərdə evdə xlorun saxlanılması kimi məcburiyyət yoxdur. Çünki, onu əvəz edən başqa maddələr var. Ayaq yolunu təmizləmək üçün tərkibində xlor olmayan başqa məhlullardan istifadə edə bilərsiz.


Yuyucu tozlar, mayelər.


Anion səthi aktiv maddələr. Onlar immunitetin zəifliyi, allergiya, beyinə təsir, ağ və qara ciyər, canlı hüceyrələrin məhvinə səbəb olurlar. Ən dəhşətlisi də odur ki, bu maddələr bədəndə yığıla bilərlər.  Bu növ maddələr yuyucu tozlarda var. Onlar sayəsində paltar yuyularaq köpük yaranır. Nə qədər köpük çoxdursa, bir o qədər bu maddənin miqdarı yuyucu tozda çoxdur.



Məsləhət: Yuyucu toz ilə paltar yuyulduqda, o tozun bir miqdarı mütləq paltarda qalır və bu ondan asılı deyil nə qədər siz paltarı yaxaladız. Ona görə paltar yuyarkən yuyucu tozun miqdarını az edin.


 


P.S.Deyilənə görə xlor və başqa ən ziyanlı maddələrdən inkişaf etmiş ölkələr imtina ediblər. Amma mən burada – Skandinaviyada adi xlor və tualet xloru marketlərdə satışda görmüşəm. Dünən isə paltar üçün olan yuyucu duru məhlul (Ariel) bir damcı sol əlimin baş barmağına dəydi. Bu gün elə o barmaq neçə saatdır dəhşət qaşınır. Deməli, növündən və yerindən asılı olmayaraq hər bir kimyəvi məhsul insan orqanizminə, bitki və heyvanlara pis təsirini göstərir.

6 may 2011
GO BACK